Bakı

İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzinin mənzil qərargahı Bakı şəhərində yerləşir. Mərkəzdə İT sahəsi üzrə biliklərin artırılması üçün müasir texnoloji avadanlıqlarla təmin olunmuş laboratoriyalar, sinif otaqları və video çəkilişlərin təşkili üçün xromokey studiya yaradılıb.

 

Mərkəzdə yerləşən laboratoriyalar:

  • Cisco Şəbəkə laboratoriyası:
    • Cisco Şəbəkə laboratoriyasında tələbələr şəbəkə inzibatçılığı, şəbəkə təhlükəsizliyi, telefoniya və "bulud" texnologiyaları üzrə real avadanlıq və sistemlər quraşdırılmışdır.
       
  • Sistem İnzibatçılığı laboratoriyası:
    • Mərkəzin Sistem İnzibatçılığı üzrə laboratoriyasında tələbələr real və virtual olaraq serverdə işləmə bacarıqlarını öyrənir. Bu laboratoriyada Microsoft Windows Server və Redhat Linux təlimləri real server və avadanlıq üzərində keçirilir. Bundan əlavə ölkədə Redhat linux üzrə beynəlxalq sertifikasiya imtahanı mərkəzin sistem inzibatçılığı laboratoriyasında keçirilir.
       
  • İT Texniklik laboratoriyası:
    • İT Texniklik laboratoriyasında tələbələr kompüterlərin daxili komponentləri ilə tanış olurlar, kompüterlərə əməliyyat sistemləri yükləyir, kompüterdə baş verəcək müxtəlif tipli problemləri real və virtual olaraq həll edirlər.​​​​​​
  • Multimedia studiyası:

    • Mərkəzdə qurulmuş xromokey studiya «Full HD» keyfiyyətdə virtual fonlu verilişlərin hazırlanması, elektron dərsliklərin hazırlanması, maarifləndirici video materialların hazırlanması, yüksək səviyyədə video montaj işləri, səs yazma və s. üçün nəzərdə tutulmuşdur.

 

Mərkəzin əlaqə vasitələri