2 İyul “MS LAB İNTERNSHİP” 2019 YAY TƏCRÜBƏ PROQRAMINI ELAN OLUNDU

İKT LAB Tətbiq və Tədris Mərkəzində yeni yaradılmış Microsoft Laboratoriyasının ilk təcrübə proqramı “Əşyaların interneti – İnternet of Things” sahəsinə həsr edilir.

Təcrübə proqramı çərçivəsində peşəkar mentorların dəstəyi ilə “Əşyaların interneti” sahəsi üzrə real layihə senarilərinin reallaşdırılması həyata keçiriləcəkdir.

Təcrübə proqramının məqsədi gəncləri real layihə icrasına cəlb etmək və əşyaların interneti üzrə yeni startaplar yaratmaqdır.

 

Təcrübə proqramına aşağıdakı kateqoriyalar üzrə şəxslər müraciət edə bilərlər:

  • Bakalavrlar
  • Kollec tələbələri
  • Magistrlar
  • Fərdi proqramçılar
  • Startaplar

 

Təcrübə proqramında iştirak üçün aşağıdakı sahələrin hər hansı biri üzrə baza bilikləri və Əşyaların interneti sahəsi üzrə layihə icra etmək istəyi olmalıdır:

1. C / C++, C#, Python proqram dillərinin istənilən birində baza səviyyə

2. Mikroelektronika və Arduino baza bilikləri

 

Yay təcrübə proqramından qeydiyyatdan keçmək üçün aşağıdakı linkə daxil olun:

http://bit.ly/2Icvwbx

 

Ətraflı məlumat üçün 21 iyun saat 14:00-da İKT LAB-da keçiriləcək infosesiyada iştirak edə bilərsiz.