İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzi

Layihə menecmenti

KURSUN MÜDDƏTİ:

2 ay (16 dərs)

KURSUN VAXTI:

16:00-20:00 - həftə içi

TƏLİMÇİ:

Rauf Cabarov



KİM İŞTİRAK EDƏ BİLƏR?

  • Layihələrin idarə edilməsi ilə məşğul olan mütəxəssislər və menecerlər
  • Layihələrin idarə edilməsi sahəsi üzrə biliklər əldə etmək istəyən yeni mütəxəssislər

KURSUN MƏQSƏDİ:

Bu təlim layihələrin idarə edilməsi istiqamətinin nəzəri hissəsi olan birinci təlimidir. Bu təlim ilə paralel layihələrin idarə edilməsi üzrə kompüter proqramı olan Microsoft Project Layihə menecmenti təliminin ikinci hissəsi hesab olunur

Kursda aşağıdakı biliklər öyrənilir:

  • Layihələrin idarə edilməsi üzrə metod, strategiya və beynəlxalq yanaşmaların öyrənilməsi;
  • Layihələrin idarə edilməsi prosesinin təşkili və layihə ilə əlaqədar vaxt, resurslar, büdcə, risk və keyfiyyətin idarə edilməsi bacarığı;
  • Layihənin icra prosesinin planlaşdırılması və plan üzrə nəzarət mexanizminin qurulması bilikləri;
  • Layihələrin nəticələrinə dair realistik və ölçülə bilinən hədəflərin müəyyənləşdirilməsi;
  • Layihə büdcəsinin və təqviminin proqnozlaşdırılması metodları,
  • Layihə komandasının qurulması və bu komandanın idarə edilməsi bacarığı;
  • Layihənin qeyri-müəyyənliklərini idarə etmək üçün risklərin idarə edilməsi prosesinin istifadəsi;
  • Etibarlı bir layihə nəzarət və izləmə sisteminin qurulması.


Aşağıdakı beynəlxalq sertifikat imtahanlarına hazırlıq:

  • CAPM;
  • PMP

TƏLİM PROQRAMI:

    I hissə - Layihə menecmetinin əsasları:

    1. Layihələrin seçilməsi mərhələsi

    • Problemin təyini və seçilməsi
    • Layihə nizamnaməsinin hazırlanması
       

    2. Layihələrin planlaşdırılması və nəzarət sisteminin qurulması

    • İstəklərin təyin edilməsi və təsdiqlənməsi
    • Görüləcək işlərin cədvəlinin qurulması
    • İstəklər əsasında zəruri zamanın planlanması
    • İstəklər əsasında zəruri büdcənin planlanması
    • Yarana biləcək risklərin analizi və planlanması
    • Keyfiyyətə nəzarət sisteminin planlanması
    • Bölmələr arasındakı inteqrasiya sisteminin planlanması
    • Komandanın formalaşdırlması
       

    3. Layihələrin icrası və keyfiyyət göstəricinin yoxlanılması

    •  Planlaşdırılmış zamanın yoxlanılması
    •  Planlaşdırılmış büdcənin yoxlanılması
    • Komandanın performansının dəyərləndirilməsi
    • Risklərin yenidən analizi
       

    4. Layihənin bitməsi

    • Keyfiyyət göstəricilərin yoxlanılması
    • Təlim-Təhvil formasının hazırlanması
    • Layihənin bitməsinin rəsmiləşdirilməsi

     

    II hissə - Ms Project:

    • Layihə haqqında ilkin anlayışlar
    • MS PROJECT ümumi təqdimat
    • Təqvim planının hazırlanması
    • Fəaliyyət planının tərtibi
    • Fəaliyytlər arasında əlaqələrin qurulması
    • Mütəmadi fəaliyyətlərin daxil olunması
    • Gantt qrafiki tərtibi
    • Kritik fəaliyyətlərin təyini
    • Layihənin ümumi zaman qrafiki
    • Resursların planlaması
    • Xərclərin hesablanması
    • Resursların xərc planının hazırlanması
    • Resursların layihə boyunca sayının tənzimlənməsi
    • Artıq yüklənmələrin təyini və təkrar planlanması
    • Resursların təyin olunması
    • Layihə statistik təhlili
    • Layihə baza planının hazırlanması
    • Layihənin monitorinqi / qazanılmış dəyər analizi (EV)
    • Layihə hesabatlarının hazırlanması
    • Hesabatların digəq proqramlara eksport edilməsi

TƏDRİS METODU VƏ MATERİALLAR:

    Tədris metodu:

    • Təlimçi rəhbərliyi ilə nəzəri və praktiki dərslər
    • Layihələrin idarə edilməsi institutunun (PMI) “Project Management Professional”  proqramı əsasında dərslər

     

    Materiallar:

    • Videodərslər (e-training.az portalı vasitəsilə dərslərə çıxış)
    • Mövzular üzrə təqdimatlar – Azərbaycan dilində
    • “19 addıma layihələndir və proqramlaşdır” dərs vəsaiti – Azərbaycan dilində
    • “A guide to the project management body of knowledge” – İngilis dilində

SERTİFİKATLAR:

    • Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin və “İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzi”-nin sertifikatı