İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzi

İT-nin əsasları

KURSUN MÜDDƏTİ:

2 ay (16 dərs)

KURSUN VAXTI:

19:00-21:00 - həftə içi

TƏLİMÇİ:

Ayaz Hümbətov



KİM İŞTİRAK EDƏ BİLƏR?

  • İT sahəsi üzrə karyera quranlar;
  • Sistem və şəbəkə inzibatçılığı təlimində iştirak etmək istəyən şəxslər;
  • Kompüter üzrə texniki bilik əldə etmək istəyən şəxslər;
  • Kompüter avadanlığının təmiri və sazlanması (texniki dəstək) ilə məşğul olan və məşğul olmaq istəyən şəxslər;
  • İKT sahəsinə maraq göstərənlər

KURSUN MƏQSƏDİ:

Bu təlim Sistem və Şəbəkə inzibatçılığı təlimləri üçün giriş təlimidir. Yalnız bu təlimdə iştirak edənlər Sistem və Şəbəkə inzibatçıılığı təlimlərində iştirak edə bilərlər.

  • “CompTIA A+ certification exams 220-901” beynəlxalq imtahanına hazırlıq;
  • İT dəstək üzrə mütəxəssisin hazırlanması;
  • Peşəkar sistem və şəbəkə inzibatçılığı təlimləri üçün giriş təlimi

Kursda aşağıdakı biliklər öyrədilir:

  • Kompüterlərin və ofis avadanlıqlarının sazlanması və tənzimlənməsi;
  • Kompüterin daxili komponentlərinin öyrənilməsi və kompüter sisteminin qurulması;
  • Kompüter və mobil qurğulardakı əməliyyat sistemlərinin öyrənilməsi, yazılması və sazlanması;
  • İnternetə qoşulma və şəbəkə mühitində resursların paylaşılması;
  • Sistem alətləri və diaqnostika proqramlarından istifadə edərək problemləri həll edilməsi;
  • Şəbəkə texnologiyaları, informasiya təhlükəsizliyi üzrə ilkin biliklər

TƏLİM PROQRAMI:

    Təlim aşağıdakı mövzular üzrə dərslərdən ibarətdir:

    1. Kompüterlərlə tanışlıq

    2. Anakart və BIOS anlayışları və növləri 

    3. RAM və CPU anlayışları və növləri və Saxlanc avadanlıqları və fərqli xüsusiyyətləri

    4. Printerlər və növləri

    5. Windows Əməliyyat Sistemlərinin təqdimatı

    6. Disk və Fayl Sistemləri, onların növləri və fərqli xüsusiyyətləri

    7. Windows-un quraşdırılması və yenilənməsi

    8. Windows Əməliyyat Sistemlərinin istifadəsi

    9. Command Prompt-un istifadə edilməsi və əmrlər

    10. Windows Əməliyyat Sistemlərinin tənzimləmələri

    11. Windows Əməliyyat Sistemlərinin problemlərinin həlli yolları

    12. Virtualizasiya ilə ilkin tanışlıq

    13. Şəbəkə komponentləri ilə tanışlıq və əlaqə və kabel sisteminin öyrənilməsi və tətbiqi

    14. IP Protokollarla tanışlıq və IPv4 və IPv6 ilə tanışlıq və müqayisəsi

    15. Şəbəkə təhlükəsiziliyi avadanlıqları və Simsiz şəbəkənin öyrənilməsi, tətbiqi və şəbəkə problemlərinin həll edilməsi yolları

    16. İT-də təhlükəsizlik anlayışı və metodları  və Malware və digər zərərvericilərlə tanışlıq

TƏDRİS METODU VƏ MATERİALLAR:

    Tədris metodu:

    • Təlimçi rəhbərliyi ilə nəzəri və praktiki dərslər
    • “Cisco Networking Academy” laboratoriyasında praktiki dərslər
    • İT Texniklik alətləri ilə iş

    Materiallar:

    • Videodərslər (e-training.az portalı vasitəsilə dərslərə çıxış)
    • “CompTIA A+ certification exams 220-901 & 220-902” imtahana hazırlıq kitabı ingilis dilində
    • Mövzular üzrə təqdimatlar – Azərbaycan dilində
    • “Cisco Network Academy IT Essentials PC Hardware & Software” kursunun onlayn materialları

    İxtisas inkişafı üçün tövsiyə olunan təlim:

    • Sistem inzibatçılığı
    • Şəbəkə inzibatçılığı
    • Windows 10

SERTİFİKATLAR:

    • Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzi”-nin sertifikatı
    • “Cisco Network Academy IT Essentials” sertifikatı – ödənişsiz imtahanı uğurla vermək tələb olunur

    İT Texnikliyin Əsasları

  • İT-nin əsasları