İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzi

Ms PowerPoint və Təqdimat bacarıqları

KURSUN MÜDDƏTİ:

1 ay (9 dərs)

KURSUN VAXTI:

15:00-17:00 – həftə içi

19:00-21:00 – həftə içi

TƏLİMÇİ:

Rauf Cabarov (MOS)

Elçin Tarverdiyev (MOS)

Rahilə Həsənova (MOS)

 



KİM İŞTİRAK EDƏ BİLƏR?

  • Ofis proqramı üzrə biliklərə yiyələnmək istəyən yeni mütəxəssislər;
  • Ofis işçiləri;
  • Təqdimatlar ilə işləyən mütəxəssilər;
  • Biznes işçiləri;
  • Microsoft Office Specialist (MOS) sertifikatına hazırlaşan şəxslər

KURSUN MƏQSƏDİ:

Kursda aşağıdakı biliklər öyrənilir:

  • Təqdimatların hazırlanması qaydaları;
  • Müxtəlif hesabatların hazırlanması

Aşağıdakı beynəlxalq sertifikat imtahanına hazırlıq:

  • Microsoft Office Specialist (MOS);

TƏLİM PROQRAMI:

    1. MS PowerPoint 2013 haqqında ümumi məlumat

    • Proqramın işə salınması, proqram pəncərəsi və onun əsas komponentləri. Lent istifadəçi interfeysi.
    • Sürətli müraciət alətlər paneli, vəziyyət paneli
    • Təqdimat, nümayiş, slayd, obyekt anlayışları. Yeni təqdimatın və yeni slaydın yaradılması
    • .pptx və .ppsx formatları. Təqdimatın yaddaşda saxlanması, bağlanması, açılması

     

    2. Slayda verilənlərin daxil edilməsi, verilənlərin formatlaşdırılması və onlar üzərində əməliyyatlar

    • Təqdimatların hazırlanması. Slayda  mətnlərin daxil edilməsi, redaktəsi və  formatlaşdırılması
    • Slayda müxtəlif obyektlərin  əlavə  edilməsi
    • Obyektlərin və slaydların nüsxəsinin və dublikatlarının çıxarılması

     

    3. Təqdimatın hazırlanması və dizayn verilməsi

    • Təqdimatların hazırlanması. Slaydlara dizayn və arxa fon verilməsi. Dizayn effektləri
    • Slaydların açılış effektləri. Effektlərin bütün təqdimata tətbiqi
    • Obyektlərin animasiya effektləri. Effektlərin dəyişdirilməsi, silinməsi və avtomatik tətbiq olunması

     

    4. Təqdimatda fotoalbomun yaradılması və multimedia fayllarının yerləşdirilməsi

    • İdarəedici düymələr və onların funksiyası  
    • Fotoalbomun yaradılması
    • Hiperəlaqə və hərəkət
    • Slayda video və audio faylların yerləşdirilməsi

     

    5. Slayda obyektlərin daxil edilməsi və diaqramlarla iş

    • Obyektlərin Format kontekst lent tabları və onların əmrləri
    • Diaqramlar və onlarla iş
    • Slayda kolontitul, səhifə nömrəsi və tarixin daxil edilməsi
    • Təqdimatın parametrlərinin sazlanması: istiqamət, vərəqin ölçüsü

     

    6. Nümayişin parametrlərinin hazırlanması. Mətn formatı ilə iş.

    • Seçilmiş slaydlardan sifarişli təqdimatın nümayişi
    • Nümayişin parametrlərinin sazlanması. Təqdimatın dövri nümayişi. Nümayiş zamanı slaydların gizlədilməsi
    • Mətnin formatının və obyektin hərəkət effektinin köçürülməsi

     

    7. Təqdimatın görünüşü rejimləri. Slaydın nümayişi.

    • Təqdimatın görünüş rejimləri: Adi, nizamlanmış, qeydlər səhifəsi və oxuma rejimləri
    • Təqdimatın rəng sxemi
    • Slaydın nümayiş rejimi. Nümayiş zamanı əlavə imkanlar

     

    8. Təqdimatın parametrləri və onlar üzərində əməliyyatlar

    • Tətbiq edilən formatın dəyişdirilməsi
    • Təqdimatın çap edilməsi. Bir neçə slaydın bir vərəqdə çap olunması
    • Təqdimat haqqında məlumat. Təqdimatın mühafizə olunması. Məlumat kitabçası ilə iş

     

    Təqdimat bacarıqları:

    • Təqdimat nədir
    • Təqdimat bacarıqları hansıdır
    • Niyə təqdimat bacarıqlarımızı inkişaf etdirməliyik
    • Effektiv təqdimatdan nə gözləyirik
    • Təqdimatın növləri
    • Təqdimat etmək qorxusu
    • Təqdimat qorxusunun göstəriciləri
    • Təqdimat qorxusunu necə məğlub etmək olar
    • Effektiv təqdimatlar hazırlamaq üçün 6 addım
    • Təqdimatın mərhələləri
    • Təqdimatın strukturu
    • Təqdimat zamanı diqqəti üzərinizə toplamağın yolları
    • İştirakçıların maraq dairələrinə təsir edən faktorlar
    • İştirakçılar sual soruşanda nə etməli
    • Uğursuz təqdimatın addımları

TƏDRİS METODU VƏ MATERİALLAR:

    Tədris metodu:

    • Təlimçi rəhbərliyi ilə nəzəri və praktiki dərslər;
    • Microsoft-un rəsmi tədris proqramı ilə MOS imtahanına hazırlıq

     

    Materiallar:

    • Videodərslər (e-training.az portalı vasitəsilə dərslərə çıxış);
    • Mövzular üzrə tapşırıqlar

SERTİFİKATLAR:

    • Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin və “İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzi”-nin sertifikatı