İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzi

Ms Project

KURSUN MÜDDƏTİ:

1 ay (12 dərs)

KURSUN VAXTI:

16:00-20:00 - həftə içi

TƏLİMÇİ:

Rauf Cabarov (PMP)



KİM İŞTİRAK EDƏ BİLƏR?

  • Layihələrin idarə edilməsi ilə məşğul olan mütəxəssislər və menecerlər
  • Layihələrin idarə edilməsi sahəsi üzrə biliklər əldə etmək istəyən yeni mütəxəssislər

KURSUN MƏQSƏDİ:

Kursda aşağıdakı biliklər öyrənilir:

  • Layihələrin idarə edilməsi üzrə metod, strategiya və beynəlxalq yanaşmaların öyrənilməsi;
  • Layihələrin idarə edilməsi prosesinin təşkili və layihə ilə əlaqədar vaxt, resurslar, büdcə, risk və keyfiyyətin idarə edilməsi bacarığı;
  • Layihənin icra prosesinin planlaşdırılması və plan üzrə nəzarət mexanizminin qurulması bilikləri;
  • Layihələrin nəticələrinə dair realistik və ölçülə bilinən hədəflərin müəyyənləşdirilməsi;
  • Layihə büdcəsinin və təqviminin proqnozlaşdırılması metodları,
  • Layihə komandasının qurulması və bu komandanın idarə edilməsi bacarığı;
  • Layihənin qeyri-müəyyənliklərini idarə etmək üçün risklərin idarə edilməsi prosesinin istifadəsi;
  • Etibarlı bir layihə nəzarət və izləmə sisteminin qurulması.

TƏLİM PROQRAMI:

    • Layihə haqqında ilkin anlayışlar
    • MS PROJECT ümumi təqdimat
    • Təqvim planının hazırlanması
    • Fəaliyyət planının tərtibi
    • Fəaliyytlər arasında əlaqələrin qurulması
    • Mütəmadi fəaliyyətlərin daxil olunması
    • Gantt qrafiki tərtibi
    • Kritik fəaliyyətlərin təyini
    • Layihənin ümumi zaman qrafiki
    • Resursların planlaması
    • Xərclərin hesablanması
    • Resursların xərc planının hazırlanması
    • Resursların layihə boyunca sayının tənzimlənməsi
    • Artıq yüklənmələrin təyini və təkrar planlanması
    • Resursların təyin olunması
    • Layihə statistik təhlili
    • Layihə baza planının hazırlanması
    • Layihənin monitorinqi / qazanılmış dəyər analizi (EV)
    • Layihə hesabatlarının hazırlanması
    • Hesabatların digəq proqramlara eksport edilməsi

TƏDRİS METODU VƏ MATERİALLAR:

    Tədris metodu:

    • Təlimçi rəhbərliyi ilə nəzəri və praktiki dərslər
    • Layihələrin idarə edilməsi institutunun (PMI) “Project Management Professional”  proqramı əsasında dərslər

     

    Materiallar:

    • Videodərslər (e-training.az portalı vasitəsilə dərslərə çıxış)
    • Mövzular üzrə təqdimatlar – Azərbaycan dilində
    • Microsoft şirkətinin "MS Project" üzrə rəsmi kitabı

SERTİFİKATLAR:

    • Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin və “İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzi”-nin sertifikatı