İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzi

Ms Word

KURSUN MÜDDƏTİ:

1 ay (6 dərs)

KURSUN VAXTI:

15:00-17:00 – həftə içi

19:00-21:00 – həftə içi

TƏLİMÇİ:

Elçin Tarverdiyev (MOS)

Rahilə Həsənova (MOS)



KİM İŞTİRAK EDƏ BİLƏR?

  • Ofis proqramı üzrə biliklərə yiyələnmək istəyən yeni mütəxəssislər;
  • Ofis işçiləri;
  • Microsoft Office Specialist (MOS) sertifikatına hazırlaşan şəxslər

KURSUN MƏQSƏDİ:

Kursda aşağıdakı biliklər öyrənilir:

  • Təşkilatlarda istifadə olunan kargüzarlıq qaydaları;
  • Sənədlərin hazırlanması bilikləri

Aşağıdakı beynəlxalq setifikat imtahanına hazırlıq:

  • Microsoft Office Specialist (MOS);

TƏLİM PROQRAMI:

    1. MS Word 2013 haqqında ümumi məlumat

    • Proqramın işə salınması, proqram pəncərəsi və onun əsas komponentləri. Lent istifadəçi interfeysi.
    • Sürətli müraciət alətlərpaneli və vəziyyət paneli.
    •  Mətnin daxil edilməsi və redaktəsi. Mətn fraqmentinin seçilməsi
    • .docx formatı. Sənədin yaddaşda saxlanması, bağlanması, açılması

    2. Sənədə verilənlərin daxil edilməsi, verilənlərin formatlaşdırılması və onlar üzərində əməliyyatlar

    • Şriftin seçilməsi, ölçüsünün təyin edilməsi. Mətnin formatlaşdırılması
    • Mətnin düzləndirilməsi, abzaslararası məsafə, sətirlərarası məsafə, çap olunmayan simvollar
    • Mətnin formatının nüsxəsinin çıxarılması
    • Mübadilə buferi ilə iş

     

    3. Sənəddə cədvəllərin yaradılması və onlar üzərində əməliyyatlar

    • Sənədə cədvəlin yerləşdirilməsi, cədvəllərin tipləri, dizaynı
    • Cədvələ sətir və sütunların əlavə edilməsi
    • Mətnin cədvələ, cədvəlin mətnə çevrilməsi
    • Cədvəldə sadə hesablamaların aparılması

     

    4. Siyahılarla və Avtofiqurlarla iş

    • Siyahılarla iş: Nömrələnmiş, nişanlanmış və çoxsəviyyəli siyahıların yaradılması
    • Yeni səhifənin yaradılması
    • Yeni çərçivənin yaradılması. Avtofiqurlarla iş

     

    5. Sənəddə hiperəlaqənin yaradılması. Səhifənin parametrlərinin sazlanması

    • Mətnin sütunlara bölünməsi
    • Hiperəlaqə
    • Sənədə kolontitul daxil edilməsi, səhifələrin nömrələnməsi
    • Səhifənin parametrlərinin sazlanması: sahələr, istiqamət, vərəqin ölçüsü

     

    6. Sənədə obyektlərin daxil edilməsi və onlar üzərində əməliyyatlar

    • Sənədə obyektlərin daxil edilməsi: Şəkil, diaqram, düstur, simvol və mətn qutusu
    • Obyektlərin avtomatik adlandırılması
    • Mətnsonu və səhifəsonu izahatların avtomatik yaradılması

     

    7. Səhifələr üzərində iş

    • Sənədə çərçivə, arxa fon və su nişanının yerləşdirilməsi
    • Sənədə qeydlərin daxil edilməsi
    • Sənədin görünüş rejimləri, miqyas
    • Sənədin çapa hazırlanması

     

    8. Sənəd üzərində əməliyyatlar

    • Mündəricatın yaradılması
    • Mətndə sözlərin sinonimlərinin tapılması və tərcümə edilməsi
    • Proqramın parametrlərinin sazlanması
    • Sənəd haqqında məlumat, sənədin mühafizəsi. Məlumat kitabçası ilə iş

TƏDRİS METODU VƏ MATERİALLAR:

    Tədris metodu:

    • Təlimçi rəhbərliyi ilə nəzəri və praktiki dərslər;
    • Microsoft-un rəsmi tədris proqramı ilə MOS imtahanına hazırlıq

    Materiallar:

    • Videodərslər (e-training.az portalı vasitəsilə dərslərə çıxış);
    • Mövzular üzrə tapşırıqlar

SERTİFİKATLAR:

    • Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin və “İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzi”-nin sertifikatı