İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzi

Ofis proqramları paketi

KURSUN MÜDDƏTİ:

3 ay (18 dərs)

KURSUN VAXTI:

15:00-17:00 – həftə içi

19:00-21:00 – həftə içi

TƏLİMÇİ:

Elçin Tarverdiyev (MOS)

Rahilə Həsənova (MOS)



KİM İŞTİRAK EDƏ BİLƏR?

  • Ofis proqramı üzrə biliklərə yiyələnmək istəyən yeni mütəxəssislər;
  • Ofis işçiləri;
  • Microsoft Office Specialist (MOS) sertifikatına hazırlaşan şəxslər

KURSUN MƏQSƏDİ:

Kursda aşağıdakı biliklər öyrənilir:

  • Təşkilatlarda istifadə olunan kargüzarlıq qaydaları;
  • Sənədlərin hazırlanması bilikləri;
  • Mürəkkəb hesabatların ən qısa vaxtda hazırlanması;
  • Hesablamaların və hesabatların avtomatlaşdırılması;
  • Biznesin mövcud durumunu hesabatlarda görmə imkanı;
  • Böyük verilənlər üzərində işləmək imkanı;
  • Mürəkkəb funksiyaları yazmaqla hesablama işlərini daha da asanlaşdırmaq;
  • Təqdimatların hazırlanması qaydaları

Aşağıdakı beynəlxalq setifikat imtahanına hazırlıq:

  • Microsoft Office Specialist (MOS);

TƏLİM PROQRAMI:

    I. MS Word:

    1.
    MS Word 2013 haqqında ümumi məlumat

    2. Sənədə verilənlərin daxil edilməsi, verilənlərin formatlaşdırılması və onlar üzərində əməliyyatlar

    3. Sənəddə cədvəllərin yaradılması və onlar üzərində əməliyyatlar

    4. Siyahılarla və Avtofiqurlarla iş

    5. Sənəddə hiperəlaqənin yaradılması. Səhifənin parametrlərinin sazlanması

    6. Sənədə obyektlərin daxil edilməsi və onlar üzərində əməliyyatlar

    7. Səhifələr üzərində iş

    8. Sənəd üzərində əməliyyatlar

     

    II. MS Excel

    1. MS Excel 2013 haqqında ümumi məlumat

    2. Xanaya verilənlərin daxil edilməsi, verilənlərin formatlaşdırılması və onlar üzərində əməliyyatlar

    3. Xanaların növü və vərəqlər üzərində əməliyyatlar

    4. Funksiyalardan istifadə və Qrafik vərəqi ilə iş

    5. İş vərəqinə obyektlərin daxil edilməsi və diaqramlarla iş

    6. Mətn funksiyaları ilə iş. Verilənlərin nizamlanması

    7. Faiz anlayışı. Kitaba qeydlərin daxil edilməsi

    8. Kitabın parametrləri və onlar üzərində əməliyyatlar

     

    III. MS PowerPoint

    1. MS PowerPoint 2013 haqqında ümumi məlumat

    2. Slayda verilənlərin daxil edilməsi, verilənlərin formatlaşdırılması və onlar üzərində əməliyyatlar

    3. Təqdimatın hazırlanması və dizayn verilməsi

    4. Təqdimatda fotoalbomun yaradılması və multimedia fayllarının yerləşdirilməsi

    5. Slayda obyektlərin daxil edilməsi və diaqramlarla iş

    6. Nümayişin parametrlərinin hazırlanması. Mətn formatı ilə iş

    7. Təqdimatın görünüşü rejimləri. Slaydın nümayişi

    8. Təqdimatın parametrləri və onlar üzərində əməliyyatlar

TƏDRİS METODU VƏ MATERİALLAR:

    Tədris metodu:

    • Təlimçi rəhbərliyi ilə nəzəri və praktiki dərslər;
    • Microsoft-un rəsmi tədris proqramı ilə MOS imtahanına hazırlıq

     

    Materiallar:

    • Videodərslər (e-training.az portalı vasitəsilə dərslərə çıxış);
    • Mövzular üzrə tapşırıqlar

SERTİFİKATLAR:

    • Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin və “İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzi”-nin sertifikatı