İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzi

Ümumi Ms Excel

KURSUN MÜDDƏTİ:

1 ay (6 dərs)

KURSUN VAXTI:

15:00-17:00 – həftə içi

19:00-21:00 – həftə içi

TƏLİMÇİ:

Elçin Tarverdiyev (MOS)

Rahilə Həsənova (MOS)



KİM İŞTİRAK EDƏ BİLƏR?

  • Ofis proqramı üzrə biliklərə yiyələnmək istəyən yeni mütəxəssislər;
  • Ofis işçiləri;
  • Mühasiblər;
  • Microsoft Office Specialist (MOS) sertifikatına hazırlaşan şəxslər

KURSUN MƏQSƏDİ:

Kursda aşağıdakı biliklər öyrənilir:

  • Mürəkkəb hesabatların ən qısa vaxtda hazırlanması;
  • Hesablamaların və hesabatların avtomatlaşdırılması;
  • Biznesin mövcud durumunu hesabatlarda görmə imkanı;
  • Böyük verilənlər üzərində işləmək imkanı;
  • Mürəkkəb funksiyaları yazmaqla hesablama işlərini daha da asanlaşdırmaq;

Aşağıdakı beynəlxalq setifikat imtahanına hazırlıq:

  • Microsoft Office Specialist (MOS);

TƏLİM PROQRAMI:

    1. MS Excel 2013 haqqında ümumi məlumat

    • Proqramın işə salınması, proqram pəncərəsi və onun əsas komponentləri. Lent istifadəçi interfeysi.
    • Sürətli müraciət alətlər paneli, düsturlar və vəziyyət paneli.
    • Kitab, vərəq, sətir, sütun, xana, diapazon anlayışları. Xanaların avtomatik doldurulması. Ədədi, həndəsi silsilənin yaradılması
    • .xlsx formatı. Sənədin yaddaşda saxlanması, bağlanması, açılması

     

    2. Xanaya verilənlərin daxil edilməsi, verilənlərin formatlaşdırılması və onlar üzərində əməliyyatlar

    • Xananın ölçüsünün təyin edilməsi, formatlaşdırılması. R1C1 və A1 formatına keçmək. Vərəqin təmizlənməsi
    • Düsturların daxil edilməsi və redaktəsi. Sadə hesablamaların aparılması. Nisbi xana anlayışı. Xananın köçürülməsi
    • AutoSum əməliyyatları: seçilmiş xanaların cəmi, ədədi ortası, sayı, ən böyüyü və ən kiçiyinin hesablanması

     

    3. Xanaların növü və vərəqlər üzərində əməliyyatlar

    • Verilənlərin tipləri. Avtodoldurma əməliyyatları
    • Nisbi, qarışıq və mütləq xanalar. Xanaya mütləq adın verilməsi
    • Vərəqin adının, rənginin dəyişdirilməsi, gizlədilməsi və mühafizə olunması

     

    4. Funksiyalardan istifadə və Qrafik vərəqi ilə iş

    • Funksiyalar. Funksiya kateqoriyaları və onlardan istifadə qaydaları.  
    • Riyazi funksiyaların qrafikinin qurulması. Qrafik vərəqi ilə iş

     

    5. İş vərəqinə obyektlərin daxil edilməsi və diaqramlarla iş

    • Məntiqi funksiyalarla iş
    • Verilənlər siyahısı ilə iş. İş vərəqinə müxtəlif obyektlərin əlavə edilməsi. Diaqramlar və onlarla iş.
    • Sənədə kolontitul daxil edilməsi, səhifələrin nömrələnməsi.Səhifənin parametrlərinin sazlanması: sahələr, istiqamət, vərəqin ölçüsü

     

    6. Mətn funksiyaları ilə iş. Verilənlərin nizamlanması

    • Mətn funksiyaları ilə iş
    • Verilənlərin nizamlanması. Süzgəc əməliyyatı. Genişləndirilmiş süzgəc
    • Verilənlərin sütunlar üzrə paylanması

     

    7. Faiz anlayışı. Kitaba qeydlərin daxil edilməsi

    • Faiz anlayışı. Faizin hesablanması
    • Cədvəl verilənlərinin histoqammalarının qurulması. Histoqramma vərəqi ilə iş
    • Kitaba qeydlərin daxil edilməsi. Kitabın görünüş rejimləri, miqyas. Kitabın çapa hazırlanması

     

    8. Kitabın parametrləri və onlar üzərində əməliyyatlar

    • Xanada səhvlər və onların növləri
    • Mətndə sözlərin sinonimlərinin tapılması və tərcümə edilməsi
    • Kitab haqqında məlumat. Kitabın mühafizə olunması
    • Məlumat kitabçası ilə iş

TƏDRİS METODU VƏ MATERİALLAR:

    Tədris metodu:

    • Təlimçi rəhbərliyi ilə nəzəri və praktiki dərslər;
    • Microsoft-un rəsmi tədris proqramı ilə MOS imtahanına hazırlıq

    Materiallar:

    • Videodərslər (e-training.az portalı vasitəsilə dərslərə çıxış);
    • Mövzular üzrə tapşırıqlar

SERTİFİKATLAR:

    • Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin və “İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzi”-nin sertifikatı