İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzi

Techno kids

KURSUN MÜDDƏTİ:

5 ay (40 dərs)

KURSUN VAXTI:

10:00-12:00 - həftə içi və şənbə

15:00-17:00 – həftə içi

TƏLİMÇİ:

Ayaz Kərimov

Zakir İbrahimov

Rəhilə Həsənova



KİM İŞTİRAK EDƏ BİLƏR?

  • 8-11, 12-15 və 15 yaşdan yuxarı məktəblilər

KURSUN MƏQSƏDİ:

  • Məktəb şagirdlərinin İKT biliklərinin artırılmasına dəstək;
  • Məktəblilərin ilkin kompüter və kodlaşdırma biliklərinin inkişafı;
  • Məktəblilərin peşəkar İKT sahəsinə marağının artırılması

Kursda aşağıdakı biliklər öyrənilir:

  • İlkin kompüter bilikləri və internet texnologiyalar ilə tanışlıq;
  • Kodlaşdırmanın əsasları və interaktiv oyunlar ilə ilkin kodlaşma;
  • Peşəkar kodlaşdırmanın əsas anlayışları;
  • Sərbəst video çəkilişi, montajı;
  • Videobloggerliyin əsasları

TƏLİM PROQRAMI:

    Təlim aşağıdakı mövzular üzrə dərslərdən ibarətdir:

    I ay:

    • İKT-yə qoşul:
    1. Kompüterin texniki komponenti;
    2. Proqram təminatı və əməliyyat sistemi;
    3. Əsas giriş cihazları və əməliyyat sistemi;
    4. Fayl və qovluqlarla iş;
    5. Şəbəkələr və internet haqqında ümumi məlumat;
    6. Lokal və qlobal şəbəkələr, elektron poçt və internetdə axtarış;
    7. Sosial şəbəkələr. Youtube və Facebook, Linkedin ilə iş;
    8. Avadanlıqla bağlı problemlər haqqında suallar;

     

    II-III ay:

    • Alqoritm anlayışı. Scratch ilə proqramlaşdırma:
    1. Proqramlaşdırma nə deməkdir;
    2. Alqoritm nədir və necə tətbiq olunur;
    3. Hansı dillərdən istifadə olunur;
    4. “Kod saatı” proqramlaşdırma dərsində kodlaşdırmanın baza bilikləri;
    5. Scratch proqramlaşdırma dili ilə obyektlərlə əmrlərin kodlaşdırılması;

     

    • Veb proqramlaşdırmanın əsasları:
    1. HTML5 və CSS3-də Veb-saytlar yaratmaq üçün müasir texnologiyaların əsasları;
    2. Əsas sintaktikanın öyrənilməsi;
    3. Qeydiyyat formlarının yaradılması və işlənməsi;
    4. Media kontentin əlavə edilməsi, menyu və siyahı yaradılması, səhifələrin div olaraq bölüşdürülməsi;

     

    IV ay

    • Python proqramlaşdırma dilinin əsasları:
    1. Python-da proqramlaşdırmanın əsasları və alqoritmlərin nəzəriyyəsini öyrənmək;
    2. Əsas alqoritmlərin, baza sintaksisi, məlumat növlərinin öyrənilməsi;
    3. Şərtlər və dövrlər;
    4. Pythonda proqramların yaradılması;
    5. Əsas standart kitabxanaların və xarici kitabxana paketlərinin öyrənilməsi;

     

     

    V ay:

    • Videobloqerlik:
    1. Ssenarinin hazırlanması;
    2. Kameralar ilə tanışlıq və çəkiliş texnologiyaları. Çəkilişin təşkili;
    3. Ştativ, mikrafonlar və s. istifadə qaydaları;
    4. Operator işi. Çəkilişdə rakurslar və planlar. Çəkiliş fonunun seçilməsi.
    5. Çəkilişin kompüterin yaddaşına yazılma qaydaları;
    6. Videonun ilkin montaj işi. Montajda transitions, effekt və filterlərdən istifadə;
    7. Audio fayllar və onlardan istifadə. Səs effektləri. Fon səsinin korreksiyası;
    8. Animasiya keçidləri. Video maskalardan istifadə;
    9. Şəffaflıq və rəng korreksiyası;
    10. Video fayllar və onların növləri;
    11. Videobloqun məzmunu və mətnin hazırlanması;
    12. Youtube kanalının idarə edilməsi. Sosial şəbəkələrlə iş

TƏDRİS METODU VƏ MATERİALLAR:

    Tədris metodu:

    • Təlimçi rəhbərliyi ilə nəzəri və praktiki dərslər;
    • Cisco Şəbəkə Akademiyasının rəsmi təhsil portalı vasitəsilə dərslər;
    • Scratch və kod saatı internet resursları;
    • Peşəkar studiyada çəkilişlər;
    • Tanınmış developer və blogerlərin master dərsləri

    Materiallar:

    • Videodərslər;
    • İKT-yə qoşul onlayn material;
    • “Scratch 2.0” proqramlaşdırma dili kitabı -  Azərbaycan dilində
    • “Python” proqramlaşdırma dili kitabı – Azərbaycan dilində
    • Mövzular üzrə təqdimatlar – Azərbaycan dilində

SERTİFİKATLAR:

    • Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzi”-nin sertifikatı;
    • “Cisco Network Academy Get Connected” sertifikatı