İmkanlar

TƏLİM MƏRKƏZİ

Microsoft təqdim etdiyi kuriklum əsasında təlimlərdən və pulsuz məzmundan inkişafınız üçün faydalanın.

BEYNƏLXALQ İMTAHAN MƏRKƏZİ

Dünyanın hər yerində tanınan beynəlxalq sənaye sertifikatları əldə etmək üçün biliyinizi sınayın.

sƏRİŞTƏLİLİK VƏ ƏMƏKDƏAŞLIQ MƏRKƏZİ

Microsoft müştəriləri və tərəfdaşlarında pulsuz təcrübə qazanın və səriştəli ekspertlər ilə ünsiyyətdə olun.

ƏŞYALARIN İNTERNET LABORATORİYASI

Müştəri və tərəfdaşların ideya və ssenariləri üzrə Əşyaların İnterneti layihələrini reallaşdırın.

SÜNİ İNTELLEKT LABORATORİYASI

Süni intellektin və maşın öyrətməsinin tətbiqinə əsaslanan layihələrdə təcrübə toplayın.

KİBERTƏHLÜKƏSİZLİK LABORATORİYASI

Microsoft təqdim etdiyi kibertəhlükəsizlik həlləri və xidmətlərini sınaq mühitində öyrənin və yoxlayın.

LAYİHƏ SİFARİŞ ET
  • İnnovativ layihə təkliflərinizi bildirin
  • Prototip hazırlanmasını bizə həvalə edin
  • _
LAYİHƏ İCRA ET
  • Senarilər əsasında prototip hazırlayın
  • Öz layihənizi Lab-da icra edin
  • Təcrübə proqramında iştirak edin
Təlİmlərə qoşul
  • "İoT maker" təlimi
  • Nüfuzlu dövlət sertifikatı
  • Beynəlxalq sertifikatlaşma dəstəyi
images

Təlimlər

Microsoft Lab-da əşyaların interneti üzrə təlimlər keçirilir. "İoT maker" təlim proqramına qoşularaq, peşəkar təlimçilərin və mentorların köməkliyi ilə 8 ay ərzində proqramçılıq, elektronika və robototexnika bilikləri almaq və real layihələrin icrasına qoşulmaq mümkündür. Bu səbəbdən "İoT maker" təliminə qoşulmağa tələsin

Ətraflı Qeydiyyat
images

Xidmətlər

Layihə sifariş et
Əşyaların interneti, Süni intellekt, Maşın öyrənməsi, Kibertəhlükəsizlik, Biznes proseslərin Avtomatlaşdırılması, verilənlərin analizi və vizuallaşdırılması və s. istiqamətlərində layihə təkliflərinizi (senariləri) sorğu anketi vasitəsilə bizə bildirin. Bizim mütəxəssislər bu layihənin texniki şərtlərini hazırlayıb, proqramçılar və İT startaplarilə birlikdə ilkin prototipi hazırlayacaqlar. İlk 9 layihə pulsuz icra ediləcək. Layihəni təqdim etməyə tələsin

Sorğu Anketi

Layihə icra et - Təcrübə proqramına qoşul
Siz innovativ ideyaları və layihələri olan gənc startap, proqramçı və tələbəsiz. Sizin öz layihə ideyanız var və yaxud bizim bazada olan senarilərdən hər hansı birini icra etmək niyyətindəsiz. Bu halda Siz Microsoft Lab-da fəaliyyət göstərərək, burada təqdim edilən xidmətlərdən istifadə edərək layihənizi reallaşdıra bilərsiz. Biz bu layihələrin kommersiyalaşdırılmasına dəstək göstərəcəyik. Həmçinin, prototiplərin hazırlanmasında peşəkar mütəxəssislər, avadanlıqlar xidmətlərdən istifadə edə bilərsiz.

Qeydiyyat

Haqqımızda

Microsoft Lab innovasiya sahələri üzrə tətbiqi layihələrin və prototiplərin hazırlanması məkanıdır. Laboratoriya tədris və tətbiq arasında körpü yaradaraq, Əşyaların interneti və digər innovativ texnologiyalar əsasında prototiplərin yaradılmasına və layihə təkliflərinin icrasına gənc mütəxəssisləri və startapları cəlb edir. Lab innovativ mühit rolunu oynayır. Burada dövlət və özəl təşkilatların təqdim etdikləri real layihə təklifləri və ideyaları əsasında proqramçılar və startaplar tərəfindən prototiplər və real layihələr yaradılır. Lab tərəfindən hazırlanan prototiplərin biznesdə tətbiq edilməsi məqsədilə layihələrə dəstək verilir. Microsoft Lab Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzi (İKT LAB) və Microsoft şirkətinin Azərbaycan nümayəndəliyi arasında imzalanmış əməkdaşlıq memorandumuna əsasən yaradılmışdır.

Microsoft Lab-ın fəaliyyəti, görülən işlər və imkanlar barəsində daha geniş məlumatı aşağıdakı keçid linkindən broşuru yükləməklə əldə edə bilərsiz:

#