25 Avğust "Hamı üçün İKT" sosial layihəsi uğurla davam edir

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzinin birgə təşkilatçılığı, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə “Hamı üçün İKT” sosial layihəsi uğurla davam edir.

Layihədə bu dəfə iştirakçılara “Microsoft Office Word” proqramı ödənişsiz olaraq peşəkar səviyyədə tədris olunub.

Layihə əhalinin aztəminatlı təbəqəsi - qaçqın və məcburi köçkün, şəhid ailələrinin üzvləri, sağlamlıq imkanları məhdud olan şəxslər üçün nəzərdə tutulub.

Təlim Bakı şəhərində İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzində və həmçinin onlayn formada Gəncə, Lənkəran, İmişli, Şirvan, Şamaxı rayonlarının regional mərkəzlərində keçirilib.

Təlimdə iştirakçılara mənimsənilən biliklərin səviyyəsinə görə dinləyicilərə Bilik Fondu və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sertifikatları veriləcək.

© İKT LAB Tətbiq və Tədris Mərkəzi 2024
  • |