24 October İKT KARYERA TRENDLƏRİ MÖVZUSUNDA KONFRANS KEÇİRİLƏCƏKDİR

Ölkəmizdə 26-30 oktyabr tarixlərində keçiriləcək İnnovasiya həftəsi çərçivəsində “İKT Karyera Trendləri” adlı Konfrans keçiriləcəkdir.  Konfransda müasir dövr üçün zəruri olan peşələr haqqında təqdimatlar, bu peşələr üzrə karyera imkanları və yeni texnologiya trendləri kimi mövzuları əhatə edəcəkdir.

Konfransda Akademik təşkilatlar, dövlət orqanları və biznes strukturların nümayəndələri çıxış edəcəklər. Konfrans Nəqliyyat, Rabitə və Yeksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən İKT-nin Tətbiqi və Tədrisi Mərkəzi və Azərbaycan Dövlət Neft və Sənayə Universitetinin təşkilatçılığı ilə eyni adlı universitetdə təşkil olunacaqdır.

Konfransın proqramını aşağıdakı link vasitəsilə yükləyə bilərsiniz:

https://goo.gl/TkYiTY