15 Dekabr “MƏLUMAT ƏSASLI İDARƏÇİLİK” MÖVZUSUNDA REGİONAL TƏLİM KEÇİRİLİB

“MƏLUMAT ƏSASLI İDARƏÇİLİK” MÖVZUSUNDA REGİONAL TƏLİM KEÇİRİLİB

Cənubi Koreya Respublikasının İnçon şəhərində Birləşmiş Millətlər Təşkilatının nəzdində Asiya və Sakit Okeanı üzrə İKT-nin İnkişafı Tədris Mərkəzinin (Asian and Pacific Training Centre for ICT for Development - APCICT) təşkilatçılığı ilə “Data əsaslı idarəçilik” mövzusunda regional təlim təşkil olunub.

Təlim iştirakçıların məlumat bazası sahəsində idarəçilik qabiliyyətinin və biliklərinin artırılmasına hesablanıb.

Təlimdə Asiya və Sakit okeanı ölkələrindən İKT sahəsi üzrə dövlət qurumlarının, informasiya agentliklərinin, təhsil müəssisələrinin nümayəndələri və təlimçilər iştirak edib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi nəzdində İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzinin aparıcı mütəxəssisi Ayaz Kərimov təlimdə iştirak edərək, Azərbaycanda İKT sahəsində həyata keçirilən işlər və əldə olunan nəticələr barədə təqdimatla çıxış edib.

© İKT LAB Tətbiq və Tədris Mərkəzi 2024
  • |