04 Oktyabr MICROSOFT ŞİRKƏTİNİN AZƏRBAYCAN NÜMAYƏNDƏLİYİ İLƏ GÖRÜŞ KEÇİRİLİB

MICROSOFT ŞİRKƏTİNİN AZƏRBAYCAN NÜMAYƏNDƏLİYİ İLƏ GÖRÜŞ KEÇİRİLİB

Tədris sahəsində yeni əməkdaşlıq əlaqələrinin müzakirə edilməsi məqsədilə 3 oktyabr tarixində Microsoft şirkətinin Azərbaycan  nümayəndəliyinin rəsmi şəxsləri ilə görüş keçirilmişdir.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnformasiya cəmiyyətinin və elektron idarəçiliyin innovativ inkişafı şöbəsinin təşkilatçılığı ilə keçirilən görüşdə İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzi və Microsoft şirkətinin Azərbaycan  nümayəndəliyi arasında mümkün əməkdaşlıq imkanları müzakirə edilmişdir.

Görüşdə İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzinin yeni İKT LAB brendi adı altında keçiriləcək təlimlərə və layihələrə Microsoft şirkəti tərəfindən göstərilə biləcək dəstək imkanları müzakirə edildi. Müzakirələrdə yeni İKT sahələri üzrə ehtiyac olan təlimlər müzakirə edildi və vacib trendlər üzrə ölkəmizdə təlimlərin yaradılmasının mümkünlüyü qabardıldı.

Həmçinin, Mərkəzdə Microsoft labaratoriyasının qurulması imkanları müzakirə edildi və laboratoriyanın qurulması üçün tələb edilən zəruri şərtlər haqqında danışıqlar aparıldı.

Daha sonra Mərkəzə baxış keçirildi və Mərkəzin fəaliyyəti ilə haqqında qonaqlara məlumat verildi.

© İKT LAB Tətbiq və Tədris Mərkəzi 2024
  • |