25 Avğust "Şəbəkə" Xidmət Mərkəzinin əməkdaşlarına təlim keçirilib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzi Azercell Akademiya ilə əməkdaşlıq şəraitində xidmət keyfiyyətlərinin yüksəldilməsi məqsədilə "Şəbəkə" Xidmət Mərkəzinin əməkdaşları üçün xidmət bacarıqları üzrə təlimlər keçirib.

Təlimlərdə müştərilə ilə düzgün işləmək bacarıqları, müştəriyə fokuslanma və müştəri mədəniyyəti kimi vacib mövzular öyrənilmişdir.

© İKT LAB Tətbiq və Tədris Mərkəzi 2024
  • |