Komandamız

Rauf Cabarov

Direktor

ceo@e-training.az/


1985-ci ildə Bakıda anadan olmuşdur.

2003-cü ildə 114 nömrəli Suraxanı rayon orta məktəbi bitirmişdir. 2003-2007-ci illərdə  Azərbaycan Dövlət İqtisad Universitetində dünya iqtisadiyyatında informasiya texnologiyaları ixtisası üzrə bakalavr, 2008-2010-ci illərdə Xəzər Universitetində MBA proqramı üzrə magistr, 2014-2015-ci illərdə Dövlət Proqramı çərçivəsində Böyük Britaniyanın Mançester Universitetində informasiya sistemləri və menecment ixtisası üzrə magistr təhsili almışdır.

2010-2016-cı illərdə Rabitə və Yüksək Texnologiyalar Nazirliyində müxtəlif vəzifələrdə çalışmışdır. 2016-cı ildən etibarən “Elektron Hökumət Təlim-Tədris Mərkəzi” MMC-nin direktor vəzifəsini icra edən, 2018-ci ildən isə direktoru vəzifəsində çalışır.

Böyük Britaniyanın DİODE tədqiqat qrupunun və Beynəlxalq Layihələrin İdarəedilməsi İnstitutunun üzvüdür. İki elmi məqalənin müəllifi, CAPM PMİ – “Certified Associate in Project Management” və Microsoft MOS beynəlxalq sertifikatlarının sahibidir. Cisco Şəbəkə Akademiyasının rəsmi təlimçisi və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin müəllimidir.

Rus və ingilis dillərini bilir.