Niyə İKT LAB-da təhsil almalıyam?

Məqsədimiz sizə təkcə iş üçün lazım olan texniki bilik və bacarıqları vermək deyil, həmçinin sizi seçdiyiniz sahə üzrə peşəkar mütəxəssis olaraq hazırlamaqdır. Təlimlərimiz beynəlxalq sertifikatlı və real təcrübəyə malik peşəkar mütəxəssislər tərəfindən keçirilir. Onların praktiki və nəzəri bilikləri sayəsində sıfırdan peşəkar səviyyəsinə qədər öz bilik və bacarıqlarınızı artıra bilərsiniz.

Dövlət və Beynəlxalq sertifikasiya

Mərkəzimizin digər təlim mərkəzlərindən əsas fərqi təlimi bitirən şəxslərə imtahan nəticəsindən asılı olaraq "Nüfuzlu Dövlət Sertifikatı" olan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təqdim etməsidir.

Bundan başqa Mərkəzin Cisco Şəbəkə Akademiyası, CompTIA Rəsmi Akademiyası və Oracle akademiya statuslu olması imkan verir ki, bu şirkətlərin və vendorların təlimləri beynəlxalq sertifikasiya proqramı əsasında keçirilsin. Həmçinin tələbələr akademik statusların köməkliyi ilə imtahana daxil olmaq üçün güzəştli vauçerlər əldə etmək imkanı qazanırlar.

Tədris metodikası və resurslar

Mərkəzdə keçirilən təlimlərin metodikası və proqramı beynəlxalq təlim proqramlarına əsaslanır. Təlimlərdə istifadə olunan tədris materialları" ödənişsiz olaraq bütün tələbələrə təqdim olunur. Tələblər laboratoriyalarda real avadanlıqlar praktiki işləmək imkanı əldə edirlər.

Müasir infastruktur və rahat mühit

Dərslər ən yeni texnologiyalar ilə təchiz edilmiş sinif otaqlarında keçirilir

Çay və Kofe fasiləsində, tələbələr və müəllimlərlə təcrübənizi paylaşacaqsınız

Real iş mühitində təcrübə imkanı

Təcrübə toplamaq istəyirsən?

Bizim komandaya qoşul! 1-3 ay arası təcrübə proqramında iştirak et!

*Fərqli olduğunu göstər, 1 təlimdə ödənişsiz iştirak imkanı qazan!

TƏLİM İSTİQAMƏTLƏRİ

© İKT LAB Tətbiq və Tədris Mərkəzi
  • |