Bakı

Bakı Regional mərkəzi

Bakı Regional Mərkəzi Telekommunikasiya Qovşağının inzibati binasında yerləşir. Mərkəz ən müasir komputer və texnologiyalar ilə təchiz olunmuşdur. Mərkəzdə həm sinif dərsləri, həmçinin də e-training portalı üzrə distant təlimlər keçirilir.

Mərkəzdə yerləşən laboratoriyalar:

  • Microsoft - Əşyaların İnterneti laboratoriyası (İoT Lab) - http://iktlab.az/mslab/
    • Bu laboratoriyada perspektivli innovasiya və tətbiqi layihələrin icrası, müxtəlif biznes həllər və real prototiplərin hazırlanması mümkündür. Lab-ın əsas prioritet istiqaməti Əşyaların interneti (İoT) sahəsidir. Lab-da bu sahə üzrə müxtəlif həllər hazırlamaq mümkün olacaqdır. Gələcəkdə digər innovativ sahələr laboratoriyada inkişaf etdiriləcəkdir.
  • Cisco Şəbəkə laboratoriyası:
    • Cisco Şəbəkə laboratoriyasında tələbələr şəbəkə inzibatçılığı, şəbəkə təhlükəsizliyi, telefoniya və "bulud" texnologiyaları üzrə real avadanlıq və sistemlər quraşdırılmışdır.
       
  • Sistem İnzibatçılığı laboratoriyası:
    • Mərkəzin Sistem İnzibatçılığı üzrə laboratoriyasında tələbələr real və virtual olaraq serverdə işləmə bacarıqlarını öyrənir. Bu laboratoriyada Microsoft Windows Server və Redhat Linux təlimləri real server və avadanlıq üzərində keçirilir. Bundan əlavə ölkədə Redhat linux üzrə beynəlxalq sertifikasiya imtahanı mərkəzin sistem inzibatçılığı laboratoriyasında keçirilir.
       
  • İT Texniklik laboratoriyası:
    • İT Texniklik laboratoriyasında tələbələr kompüterlərin daxili komponentləri ilə tanış olurlar, kompüterlərə əməliyyat sistemləri yükləyir, kompüterdə baş verəcək müxtəlif tipli problemləri real və virtual olaraq həll edirlər.​​​​​​
  • Multimedia studiyası:

    • Mərkəzdə qurulmuş xromokey studiya «Full HD» keyfiyyətdə virtual fonlu verilişlərin hazırlanması, elektron dərsliklərin hazırlanması, maarifləndirici video materialların hazırlanması, yüksək səviyyədə video montaj işləri, səs yazma və s. üçün nəzərdə tutulmuşdur.

 

Mərkəzin əlaqə vasitələri

` `