“Rəqəmli Qızlar (“Digital Girls”) – Milli Təlim Proqramı”

Son illər ölkəmizdə xanımların İKT sahəsinə cəlb edilməsi və qadınların texnologiyalar sahələrində rolunun artırılmasına xüsusi diqqət ayrılır. Bu məqsədlə xanımların bilik və bacarıqlarının artırılması üçün bir çox layihələr həyata keçirilir. Bu lahiyələr sırasında “Rəqəmli Qızlar (“Digital Girls”) – Milli Təlim Proqramı” layihəsi xüsusi əhəmiyət kəsb edib.

“Rəqəmli Qızlar (“Digital Girls”) – Milli Təlim Proqramı” adlı sosial layihəyə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin və YUNESKO təşkilatının təşəbbüsü və dəstəyi, İKT LAB Tətbiqi və Tədrisi Mərkəzinin təşkilatçılığı ilə keçirilib.

Features split image 01
Features split top 01

Layihənin məqsədi qadınların rəqəmli bacarıqlarının inkişafı və ölkəmizdə qadınların şəxsi inkişafının dəstəklənməsidir. Layihə çərçivəsində 560 şagird və gənc qız əsas rəqəmli biliklər üzrə təlimlərdə iştirak edib və əldə etdikləri bilikləri real həyatda tətbiq etmək imkanı əldə ediblər.

Features split image 02
Features split top 02

İKT LAB Tətbiqi və Tədrisi Mərkəzinin təlimçiləri tərəfindən keçirilmiş ikigünlük təlimlərdə xanımlara kompüter texnologiyaları ilə yanaşı, şəxsi inkişaf bacarıqları və həyatda bu bacarıqları tətbiq etməklə uğur qazanmağın yolları öyrədilib. Həmçinin, qızlar İKT sahəsində uğurlu karyera qurmaq imkanları ilə tanış olublar.

Features split image 03
Features split top 03



Layihənin əsas tərəfdaşı Regional İnkişaf İctimai Birliyi və digər tərəfdaşlar isə Aztelekom şirkəti , “WoWoman” qadınların inkişaf platforması və müxtəlif rayonların icra hakimiyyətləri olmuşdur. Layihə çərçivəsində təlimlər Bakı və Xırdalan şəhərinin məktəblərində və Ağdam, Şamaxı, Mingəçevir, Zaqatala, Qəbələ, Ağdaş, Şabran şəhərlərində təşkil edilib. Bir il müddətində davam edən layihənin yekununda çoxlu sayda qızlar üçün texnologiyalar sahəsinə qapı açılmışdır.

Features split image 02
Features split top 02

Təlim planı


Məkan Tarix
Ağdam 14-15/11/2019
38 və 52 № tam orta məktəb 26-28/12/2019
157 və 167 № tam orta məktəb 8-10/01/2020
13 və 21 № tam orta məktəb 14-16/01/2020
Şuşa şəhəri 1 № tam orta məktəb 21-23/01/2020
Zaqatala 8-9/06/2020
Şamaxı 8-9/06/2020
Mingəçevir 8-9/06/2020
Qəbələ 8-9/06/2020
Ağdaş 8-9/06/2020
Suraxanı 10-11/06/2020
Şabran 10-11/06/2020

Təlim Proqramı


Kompüter texnologiyaları və internet


I modul: Kompüterdən istifadə

•  Kompüterlə tanışlıq

•  Kompüterin texniki hissələri

•  Əməliyyat sistemi və proqram təminatı

•  Qoşulan qurğular

II modul: İnternetdən istifadə

•  İnternetə qoşulmaq

•  Veb texnolgiyalar

•  İnternetdə axtarış

III modul: İnternetdə kommunikasiya

•  E-mail ilə əlaqə

•  Onlayn əlaqə vasitələri (videozəng, mesajlaşma və s.)

İnternet xidmətləri, sosial şəbəkələr və

internet təhlükəsizliyi


IV modul: İnternetdə məlumatların saxlanılması və istifadəsi

•  Məlumatların buludda saxlanılması

•  Onlayn fayllarla iş

•  Onlayn təqvim və tapşırıqlar

V modul: Sosial şəbəkələr

•  Sosial şəbəkələrdən peşəkar istifadə (Facebook, Instagram, YouTube, LinkedIn)

•  Sosial Media Marketinq

VI modul: İnformasiya təhlükəsizliyi

•  Onlayn təhlükəsizlik

•  Şəxsi informasiyanın təhlükəsizliyi



Təşkilat və Tərəfdaşlar