İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzi

Peşəkar ofis

KURSUN MÜDDƏTİ:

5 ay (32 dərs)

KURSUN VAXTI:

15:00-17:00 – həftə içi

19:00-21:00 – həftə içi

TƏLİMÇİ:

Elçin Tarverdiyev (MOS)

Rahilə Həsənova (MOS)

Ayaz Kərimov



KİM İŞTİRAK EDƏ BİLƏR?

  • İlkin kompüter biliklərinə yiyələnmək istəyən şəxslər;
  • Ofis proqramı üzrə biliklərə yiyələnmək istəyən yeni mütəxəssislər;
  • Ofis işçiləri;
  • Microsoft Office Specialist (MOS) sertifikatına hazırlaşan şəxslər

KURSUN MƏQSƏDİ:

Kursda aşağıdakı biliklər öyrənilir:

  • İlkin kompüter bilikləri və internetlə tanışlıq;
  • Sosial şəbəkələrdən istifadə qaydası
  • Təşkilatlarda istifadə olunan kargüzarlıq qaydaları;
  • Sənədlərin hazırlanması bilikləri;
  • Mürəkkəb hesabatların ən qısa vaxtda hazırlanması;
  • Hesablamaların və hesabatların avtomatlaşdırılması;
  • Biznesin mövcud durumunu hesabatlarda görmə imkanı;
  • Böyük verilənlər üzərində işləmək imkanı;
  • Mürəkkəb funksiyaları yazmaqla hesablama işlərini daha da asanlaşdırmaq;
  • Təqdimatların hazırlanması qaydaları
  • Aşağıdakı beynəlxalq setifikat imtahanına hazırlıq:

  • Microsoft Office Specialist (MOS);

TƏLİM PROQRAMI:

    I. İKT-yə qoşul:

    • Kompüterin texniki komponenti
    • Proqram təminatı və əməliyyat sistemi
    • Əsas giriş cihazları və əməliyyat sistemi
    • Fayl və qovluqlarla iş
    • Şəbəkələr və internet haqqında ümumi məlumat
    • Lokal və qlobal şəbəkələr, elektron poçt və internetdə axtarış
    • Sosial şəbəkələr. Youtube və Facebook, Linkedin ilə iş
    • Avadanlıqla bağlı problemlər haqqında suallar

     

    II. MS Word:

    1.
    MS Word 2013 haqqında ümumi məlumat

    2. Sənədə verilənlərin daxil edilməsi, verilənlərin formatlaşdırılması və onlar üzərində əməliyyatlar

    3. Sənəddə cədvəllərin yaradılması və onlar üzərində əməliyyatlar

    4. Siyahılarla və Avtofiqurlarla iş

    5. Sənəddə hiperəlaqənin yaradılması. Səhifənin parametrlərinin sazlanması

    6. Sənədə obyektlərin daxil edilməsi və onlar üzərində əməliyyatlar

    7. Səhifələr üzərində iş

    8. Sənəd üzərində əməliyyatlar

     

    III. MS Excel

    1. MS Excel 2013 haqqında ümumi məlumat

    2. Xanaya verilənlərin daxil edilməsi, verilənlərin formatlaşdırılması və onlar üzərində əməliyyatlar

    3. Xanaların növü və vərəqlər üzərində əməliyyatlar

    4. Funksiyalardan istifadə və Qrafik vərəqi ilə iş

    5. İş vərəqinə obyektlərin daxil edilməsi və diaqramlarla iş

    6. Mətn funksiyaları ilə iş. Verilənlərin nizamlanması

    7. Faiz anlayışı. Kitaba qeydlərin daxil edilməsi

    8. Kitabın parametrləri və onlar üzərində əməliyyatlar

     

    IV. MS PowerPoint

    1. MS PowerPoint 2013 haqqında ümumi məlumat

    2. Slayda verilənlərin daxil edilməsi, verilənlərin formatlaşdırılması və onlar üzərində əməliyyatlar

    3. Təqdimatın hazırlanması və dizayn verilməsi

    4. Təqdimatda fotoalbomun yaradılması və multimedia fayllarının yerləşdirilməsi

    5. Slayda obyektlərin daxil edilməsi və diaqramlarla iş

    6. Nümayişin parametrlərinin hazırlanması. Mətn formatı ilə iş

    7. Təqdimatın görünüşü rejimləri. Slaydın nümayişi

    8. Təqdimatın parametrləri və onlar üzərində əməliyyatlar

     

    V. MS Outlook:

    1. MS Outlook 2013 haqqında ümumi məlumat

    2. MS Outlook 2013-də hesabın yaradılması və tapşırıqlar

    3. Mesaj yaratmaq və onlar üzərində iş

    4. Təqvimlə işləmək qaydaları

    5: Kontaktların yaradılması və onlar üzərində iş

    6. Outlook-da yeni funksiyalardan istifadə

TƏDRİS METODU VƏ MATERİALLAR:

    Tədris metodu:

    • Təlimçi rəhbərliyi ilə nəzəri və praktiki dərslər;
    • Microsoft-un rəsmi tədris proqramı ilə MOS imtahanına hazırlıq
    • Netacad.com təhsil portalı vasitəsilə virtual dərslər

    Materiallar:

    • Videodərslər (e-training.az portalı vasitəsilə dərslərə çıxış);
    • Mövzular üzrə tapşırıqlar

SERTİFİKATLAR:

    • Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin və “İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzi”-nin sertifikatı;
    • Cisco Şəbəkə Akademiyasının sertifikatı