İmtahan Sertifikasiya

Nüfuzlu dövlət sertifikatı, diplom və attestasiya imkanları

Dövlət sertifikatı

Mərkəz daxilində təlimi bitirən tələbələr imtahan verərək, topladıqları nəticəyə əsasən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzi”-nin sertifikatını əldə edirlər.
Sertifikatın kateqoriyaları hansılardır?

Sertifikatların kateqoriyası imtahan nəticəsinə görə aşağıdakı formada dəyişir:

Təlimdə iştirak etmişdir (0-60%)


Təlimi uğurla bitirmişdir (60-80%)


Təlimi "Fərqlənmə" ilə bitirmişdir (80-100%)

Diplom

Əlavə təhsil üzrə təlimləri bitirən tələbələr Mərkəz tərəfindən Nazirlər Kabinetinin 163 nömrəli qərarına əsasən ixtisasartımanı təsdiq edən Diplomla təltif edilirlər.

Attestasiya

Mərkəzimizdə həmçinin Nəqliyyat nazirliyinin Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeli qurumlarında çalışan əməkdaşların attestasiyası, daxili imtahanları təşkil edilir.

Beynəlxalq imtahan və sertifikasiya imkanları

Pearson VUE İmtahan Mərkəzi

Mərkəzdə yerləşən Pearson VUE imtahan mərkəzində Microsoft, CompTIA, Cisco, Oracle və digər nüfuzlu beynəlxalq şirkətlərin rəsmi sertifikatlarını imtahan verərək əldə etmək mümkündür.
Bundan başqa Mərkəzin Cisco Şəbəkə Akademiyası, CompTIA Rəsmi Akademiyası və Oracle akademiya statuslu olması imkan verir ki, bu şirkətlərin və vendorların təlimləri beynəlxalq sertifikasiya proqramı əsasında keçirilsin. Həmçinin tələbələr akademik statusların köməkliyi ilə imtahana daxil olmaq üçün güzəştli vauçerlər əldə etmək imkanı qazanırlar.

© İKT LAB Tətbiq və Tədris Mərkəzi
  • |