13 May 27 MAY TARİXİNDƏ "MICROSOFT EXCEL - DATA ANALİTİKA" SEMİNARI KEÇİRİLƏCƏKDİR

Əziz dostlar, “Microsoft Excel – Data Analitika” adlı seminara hər birinizi dəvət edirik.

Əgər data menecment, data analitika və data optimallaşdırma kimi müasir trendlər sizlərə maraqlıdırsa, bu halda tədbirlərimizi qaçırmayın.

Bu seminarda MS Excel-in məlumatların idarə edilməsi və təhlili sahəsində olan imkanları nümayiş etdiriləcək.

Ölkəmizin bu sahə üzrə tanınmış gənc mütəxəssisi, Microsoft Excel üzrə nüfuzlu MVP statusuna malik Aydın Əliyevin təqdimatı ilə keçiriləcək seminarda MS Excel proqramının məlumat idarəçiliyi sahəsində bir sıra üstünlüklərindən danışılacaq.

Seminar üç hissədən ibarət olacaqdır:

1. Data optimallaşdırma/analitika haqda;

2. “XLRibbon” layihəsi, xidmətlər və məhsullar və Exceldə hazırlanan əsas proqramlar haqda icmalın təqdimatı;

3. Məhsullardan biri olan Excel menyu paneli - “MyExcelWorld” Demo nümayişi.

 

Hər birinizi 27 may tarixində saat 10:00-da keçiriləcək seminarda gözləyirik.