3 Sentyabr MICROSOFT VISIO NƏDİR VƏ NƏ ÜÇÜN İSTİFADƏ OLUNUR?

Microsoft Visio nə üçün istifadə olunur? Diaqramların qurulması. Microsoft Visio diaqramların hazırlanması üçün istifadə olunur və bu məqsəd üçün ən yaxşı proqramlardan hesab olunur. Sxemlərdən tutmuş ev planına qədər hər bir şeyi Visio ilə hazırlamaq mümkündür.

Yəqin ki, sizin Microsoft Visio haqqında çox məlumatınız yoxdur. Bu məqalə Sizi Visio ilə tanış edəcəkdir.

Microsoft Visio həm sadə, həm də mürəkkəb diaqramlar üçün istifadə oluna bilər. Proqramda çox saylı fiqurların, obyektlərin və sxemlərin hazır növləri vardır. Bununla belə siz istədiyiniz sxemi və yaxud diaqramı sıfırdan hazırlaya bilərsiz. Bunun üçün Visio hər bir imkan yaradır. Visio diaqramda xəttlərin rahatlıqla çəkilməsi, sinxronluğun yaradılması və bir şəkil daxilində müxtəlif fiqurların birləşdirilməsi imkanı verir.

Visio işgüzar insanlar üçün əvəzsiz olan proqramdır. Çünki bu proqram ofis mühitində lazım olan istənilən növ diaqramı yaxşı keyfiyyətdə və peşəkar üslubda yaratmağa imkan verir. Visio vasitəsilə hətta 3d model diaqramlar da hazırlamaq olur. Bu səbəbdən korporativ mühitdə Visio əvəzsiz alətdir.

Excel cədvəllər və ya Access bazalarından götürülən məlumat hesabına Visio fiqurlarını və diaqramlarını daha funksional etmək mümkündür. İT mütəxəssislərin Visioda ən çox sevdikləri funksiya daxili şəbəkə sxeminin qurulmasıdır.

Visio-da yüzlərlə hazır fiqurlar vardır. Bu fiqurlar rahat naviqasiya üçün müxtəlif kateqoriyalar altında qruplaşdırılıb. Ümumilikdə, Visio diaqramlar üçün yaradılmış unikal bir alətdir. Amma bu alətin rəqibləri də az deyil. Məsələn pulsuz olan veb əsaslı Lovely Charts, Lucidchart, Draw.io və s. Bu alətlərin Visio üzərində olan ən böyük üstünlüyü ödənişsiz versiyalarının olması, veb əsaslı olmaqla müxtəlif əməliyyat sistemlərində işləmək imkanıdır. Əfsuslar olsun ki, Visio hələ də yalnız Microsoft əməliyyat sistemində çalışır, veb versiyası yoxdur və məlumat əlaqəsi yalnız Microsoft office paketində olan proqramlarladır.

Bütün yazılanları nəzərə alaraq, Visionu bütün peşəkar ofis işçilərinə və diaqramlar ilə çox işləyən mütəxəssislərə tövsiyə edirik. Əgər Visio ilə hələ də tanış deyilsinizsə, onda Mərkəzimizdə Visio təliminə qoşula və lazımi tətbiqi biliklər qazana bilərsiz. Uğurlar!

 

Müəllif: Rauf Cabarov

    Materiallar

  • Məqalələr