İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzi

Peşəkar video montaj

KURSUN MÜDDƏTİ:

2,5 ay (20 dərs)

KURSUN VAXTI:

11:00-13:00 – həftə içi (həftədə 2 dəfə)

19:00-21:00 - həftə içi (həftədə 2 dəfə)

10:00-14:00 – şənbə günü

TƏLİMÇİ:

Zakir İbrahimov



KİM İŞTİRAK EDƏ BİLƏR?

  • Video montaj ilə məşğul olan mütəxəssislər;
  • Video montaj ilə maraqlanan yeni mütəxəssislər;
  • Video texnologiyalar sahəsinə marağı olan gənc mütəxəssilər

KURSUN MƏQSƏDİ:

Bu təlim professional şəkildə video hazırlanması üçün peşəkar mütəxəssis olmaq istəyənlər üçün yaradılmışdır.

Kursda aşağıdakı biliklər öyrənilir:

  • Videoların redaktə olunması prosesinin öyrənilməsi;
  • Videoların daha baxımlı olması üçün lazım olan imkanlar;
  • Videoda səslərin tənzimlənməsi;
  • Videolara effektlərin və rənglərin verilməsi

TƏLİM PROQRAMI:

    1. Adobe Premiere Pro ilə tanışlıq

    • Proqramın interfeysi və fəaliyyətinin əsas prinsipləri
    • Proqramın manual olaraq tənzimləmələrinin qurulması

     

    2. Adobe Premiere-də proyektin yaradılması

    • Proyektin yaradılması
    • Video faylların və digər media fayllarının proyektə əlavə olunması və uyğunlaşdırılması
    • Timeline əməliyyatları
    • Videofaylların redaktə olunması
    • Motion effektlər

     

    3. Adobe Audition proqramı ilə iş

    • Səsin yazılması
    • Səsin korreksiya olunması
    • Fon səslərin əlavə olunması
    • Ümumi səsə ekvalayzer və digər səs effektlərinin əlavə olunması

     

    4. Adobe Premiere-də monitorlar ilə iş

    • Multi window əməliyyatları
    • Video materialın səslə sinxronlaşdırılması
    • Qeyri-xətti montaj işləri

     

    5. Adobe Title Deko ilə iş

    • Titrlərin hazırlanması
    • Titrdə fonun hazırlanması
    • Titrə effektlərin verilməsi
    • Crawl və roll yazılar

     

    6. Color correction

    • Videomaterialın rənglərinin korreksiyası
    • Rəng balansının və işıqlandırmanın tənzimlənməsi
    • Videonun fonuna rəng effektinin verilməsi

     

    7. Xromokey və Lumakey əməliyyatları

    • Videomateriala xromokey və lumakey effektlərin əlavə olunması
    • Maska effektlərinin əlavə olunması

     

    8. Adobe Media Encoder ilə iş

    • Montajın sonunda renderin olunması
    • Hazır videomaterialın eksport olunması
    • Eksportun növləri (videofayl formatları .mp4, .gif, .avi və s.)
    • Bitreytin tənzimlənməsi

TƏDRİS METODU VƏ MATERİALLAR:

    Tədris metodu:

    • Təlimçi rəhbərliyi ilə nəzəri və praktiki dərslər
    • Xromokey studiyada çəkilişlərin aparılması

    Materiallar:

    • Videodərslər (e-training.az portalı vasitəsilə dərslərə çıxış)
    • Mövzular üzrə təqdimatlar – Azərbaycan dilində
    • Adobe şirkətinin rəsmi Adobe Premiere Pro kitabı

SERTİFİKATLAR:

    • Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin və “İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzi”-nin sertifikatı