26 October "İNNOVASİYALAR HƏFTƏSİ" ÇƏRÇİVƏSİNDƏ "İKT KARYERA TRENDLƏRİ" ADLI KONFRANS KEÇİRİLİB

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin və Heydər Əliyev Mərkəzinin tərəfdaşlığı ilə 26-30 oktyabr tarixlərində Azərbaycanda ilk dəfə təşkil edilən beynəlxalq “İnnovasiyalar həftəsi” çərçivəsində “İKT Karyera Trendləri” adlı Konfrans keçirilib. 

26 oktyabr tarixində baş tutan Konfrans Nəqliyyat, Rabitə və Yeksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən İKT-nin Tətbiqi və Tədrisi Mərkəzi və Azərbaycan Dövlət Neft və Sənayə Universitetinin birgə təşkilatçılığı ilə eyni adlı universitetdə təşkil olunub.

Konfransı giriş sözü ilə açan Azərbaycan Dövlət Neft və Sənayə Universitetinin rektoru Mustafa Babanlı innovasiya həftəsinin əhəmiyyətindən və ölkədə innovasiyaların geniş yayılmasından danışıb. 

Sonra İKT-nin Tətbiqi və Tədrisi Mərkəzinin direktoru Rauf Cabarov Konfransın gənclər üçün əhəmiyyətindən və Neuron şirkətinin direktoru İsmayıl Ələkbərov innovasiya sahəsi üzrə yeni kadrlara olan ehtiyacdan ətraflı danışıblar. 

Konfrans müasir dövr üçün zəruri olan texnoloji peşələr haqqında təqdimatlar, bu peşələr üzrə karyera imkanları və yeni texnologiya trendləri kimi mövzuları əhatə edib. 

Konfransda Akademik təşkilatlar, dövlət orqanları və biznes strukturların nümayəndələri yeni informasiya texnologiyaları, kiber təhlükəsizlik, bulud texnologiyaları, “blockchain” və digər mövzular haqqında təqdimatlar ilə çıxış ediblər. 

Konfrans gənclərin innovasiya sahələrinə marağının yaradılması və peşəkarlığının artırılması baxımından çox əhəmiyyətli olub.

Konfransda təqdim olunan təqdimatları aşağıdakı link vasitəsilə yükləyə bilərsiniz:

https://goo.gl/em5mgK