5 Mart “İSO/İEC 27001:2013 İNFORMASİYA TƏHLÜKƏSİZLIYİNİN İDARƏ EDİLMƏSİ SİSTEMLƏRİ ÜZRƏ TƏLİM TƏŞKİL EDİLƏCƏKDİR

Beynəlxalq “Kibertəhlükəsizlik həftəsi” çərçivəsində Azərbaycan Standartlaşdırma İnstitutunun və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İKT-nin Tətbiqi və Tədrisi Mərkəzinin birgə təşkilatçılığı ilə 12-16 mart tarixlərində “İSO/İEC 27001:2013 İnformasiya Təhlükəsizliyi. Təhlükəsizlik metodları. İnformasiya təhlükəsizliyinin idarə edilməsi sistemləri. Tələblər” standartı əsasında təlim təşkil ediləcəkdir.

Təlimin məqsədi “İSO/İEC 27001 – İnformation Security Management Systems” - informasiya təhlükəsizliyinin idarəetmə sistemləri üzrə qəbul edilmiş beynəlxalq standartın tələblərini və tətbiq üsullarını yerli mütəxəssislərə öyrətməkdir.

Təlim çərçivəsində yerli mütəxəssislərin adıçəkilən standartın tətbiqi və auditi üzrə  İRCA (International Register of Certificated Auditors) təşkilatı tərəfindən qeydiyyata alınmış Azerbaycan Standartlaşdırma İnstitutunun Təlim-Tədris Mərkəzi və İdarəetmə Sistemlərinin və Personalın Sertifikatlaşdırma Orqanının direktoru Saday Əliyev və Türkiyə Respublikasının “Esenek” Eğitim Mərkəzinin rəhbəri Halil Çelik Alaettin oğlu tərəfindən beynəlxalq imtahan keçiriləcəkdir. Bu imtahanı uğurla verən yerli mütəxəssislərə İSO 27001 standartının tətbiqi üzrə baş auditor sertifikatı veriləcəkdir.

Təlimin qiyməti: 700 azn + ƏDV

Təlimə qeydiyyatdan keçmək üçün aşağıdakı linkə daxil olun:

http://iktlab.az/event/iso-iec-27001-2013-informasiya-tehlukesizliyi-tehlukesizlik-metodlari-informasiya-tehlukesizliyinin-idare-edilmesi-sistemleri-telebler-standarti-esasinda-telim-teskil-edilecekdir

Ətraflı məlumat üçün:

(012) 505 01 13; (077) 505 01 13; WhatsApp: (051) 504 01 13