7 İyul Şərqi tərəfdaş ölkələrində rəqəmsal bacarıqlar sahəsində olan boşluqların ölçülməsini müzakirə etmək üçün onlayn iclas keçirib

EU4Digital təşəbbüsünün Rəqəmsal bacarıqlar şəbəkəsi 2020-ci il iyun ayının 25-də videokonfrans formatında iclas təşkil edib. Tədbirdə rəqəmsal bacarıqlardakı boşluqların ölçülməsi və proqnozlaşdırılması üzrə ümumi metodologiyanın hazırlanması və EU4Digital proqramı tərəfindən dəstəklənən KOM-lar və mikromüəssisələr üzrə vahid səlahiyyət bazası ilə görülən işlərin nəticəsi müzakirə olunub.

Sözügedən şəbəkə dördüncü sənaye inqilabı (Industry 4.0) üzrə rəqəmsal bacarıqlar, qadınlar üçün mentorluq proqramları və rəqəmsal bacarıqlar və məşğulluq üzrə milli koalisiyaların yaradılması və idarə edilməsi kimi mövzulara dair gələcəkdə keçiriləcək təlim və konfransları müzakirə edib. İclasın məqsədi əvvəlki tədbirlərin nəticələrini əlaqələndirmək və 2020-ci ilin yay və erkən payız aylarında keçirilməsi planlaşdırılan tədbirlərin növbəti addımları barədə razılığa gəlmək olub.

Bu, sözügedən şəbəkənin bu il keçirdiyi ikinci belə virtual iclas idi. Şəbəkənin ilk seminarı aprelin 29-da keçirilib və iştirakçılar gələcəkdə keçirilməsi planlaşdırılan mühüm tədbirləri (təlimlər, konfranslar, tanışlıq xarakteri daşıyan səfərlər) rəqəmsal bacarıqlara dair təbliğat fəaliyyətləri və EU4Digital proqramının dəstəklədiyi KOM-lar və mikromüəssisələr üzrə rəqəmsal bacarıqlaın səlahiyyət bazasını müzakirə ediblər.

İKT Tətbiq və Tədris Mərkəzinin direktoru Rauf Cabarov məruzə ilə iclasda çıxış etmişdir.

EU4Digital təşəbbüsünün Rəqəmsal Bacarıqlar Şəbəkəsi Şərqi tərəfdaş ölkələri arasında və Aİ ilə qabaqcıl təcrübə mübadiləsi üçün platforma rolunu oynayaraq sinerjilərin və birgə uyğunlaşdırma layihələrinin hazırlanması ilə bağlı ideyaları təşviq edir. EU4Digital proqramı, qanunvericilər və təlim təminatçıları üçün təlimlərin, konfransların və Aİ-yə üzv ölkələrə tanışlıq xarakteri daşıyan səfərlərin təşkili, KOM-lar və mikromüəssisələr üzrə rəqəmsal səlahiyyət bazasının yaradılması və rəqəmsal bacarıqlar sahəsində boşluqların ölçülməsi və proqnozlaşdırılması kimi bir sıra fəaliyyətlər vasitəsilə sözügedən şəbəkənin işinə dəstək verir.

` `