14 İyun Visa və Azərbaycanın Mərkəzi bankı "Visa mobil əlavəsi ilə ödə" kampaniyasına başladı.

Azərbaycanda “Visa Token Service”-in uğurla buraxılışından sonra, Visa və Azərbaycanın Mərkəzi bankı "Visa mobil əlavəsi ilə ödə" kampaniyasının başladığını elan etdi.

İki aylıq bu kampaniyanın məqsədi ölkədəki tranzaksiyalarınsayının artmasına və kontaktsız mobil ödənişlərin hərəkətləndirilməsidir.

Kampaniyanın şərtləri sadədir:bu kampaniyada iştirak üçün hər bir Visa  kart sahibiöz bankının mobil əlavəsilə 5 manat olmaqla ən azı 10 tranzaksiya etməlidir.

Nəticədə, bu kampaniyanın şərtlərinə əməl etmiş hər bir Visa kart sahibinin hesabına 25 manat geri qaytarılacaq.

Bu aksiyanın keçirildiyi ilk ayda istehlakçılar öz ilk kəşbeklərini 10 iyun-10 iyul tarixlərində, ikincisini isə 11 iyul-10 avqustda alacaqlar.

Kampaniya 10 iyundan 10 iyuladək keçiriləcək və iştirak aşağıdakı 3 bankın mobil pulqabısı vasitəsilə ödəmə edən bütün Visa kart sahiblərinə açıqdır: Azərbaycan Beynəlxalq bankı, Kapital bank və Bank Respublika.

"Ödəmə funksiyalı cihazların sayının çoxluğu, ilk növbədə, əsasən smartfonların, istehlakçılıq təcrübəsini artırır. Bizim vəzifəmiz-Azərbaycanda parnyor bankların mobil bank ödəmələrinin tənzimlənməsini gücləndirməkdən ibarətdir.

“Visa Token Service” əsasında banklar öz müştərilərinə mobil telefonların köməkliyilə kontaktsız ödəmə mümkün olan hər yerdə, daha rahat və təhlükəsiz ödəmə üsulu təklif edə bilərlər. Biz hesab edirik ki, bu kampaniya mobil telefonlar vasitəsilə kontaktsız alış-verişlərin mobil pul ödəmələrinin üstünlüklərini nümayiş etdirməyə əla imkandır." - Qafqaz regionu ölkələri üzrə menecer Kristina Doroş qeyd etmişdir.

“Visa Token Service” - mobil və onlayn kommersiyada innovasiyaların yönləndirilməsi üçün təhlükəsiz mühitin yaradılmasını təmin edən innovativ texnologiyadır.Bu proqram Azərbaycanda Visa Token Servise tərəfindən 2019-2020-ci illərdə Azərbaycan Beynəlxalq Bankı, Kapitàl Bank və Bank Respublikanın tərəfdaşlığı ilə buraxılmışdır.

"Azərbaycan Mərkəzi Bankının başlıca prioritetlərindən biridə innovativ yeniliklərin tətbiqi və son trendlərin öyrənilməsilə ödəmə kanallarının təhcizatının inkişaf etdirilməsidir. "Nağdsız Azərbaycan"konsepsiyası çərçivəsində tərəfimizdən nağdsız ödəmələrin tətbiqi şərtlərinin yaxşılaşdırılması tədbirləri reallaşdırılır, belə ki, nağdsız ödənişlərin 10%-li artımı kölgə iqtisadiyyatını 5%-ədək ixtisar etməyə imkan verir. Bu da bu istiqamətdə bizim fəal işləməyimizi stimullaşdırır. Bugün üçün dövriyyədə olan 8,4 mln plastik kartdan 1,9 mln-u kontaktsızdır. 28 mindən çox POST-terminallar indiki an üçün kontaktsız kartlarla  və ya NFC funksiyalı mobil cihazları ilə ödəməni dəstəkləyir. Bir sözlə, əminəm ki, bu növ kampaniyaların keçirilməsi Azərbaycanda nağdsız ödəmə vasitələrinin inkişafını təmin edir" - Azərbaycan Mərkəzi Bankının icraçı direktoru Fuad Osmanov qeyd etmişdir.

“Visa Token Service” haqqında:

“Visa Token Service” ödəmə kartı haqda məxfi məlumatı unikal rəqəmli uyğunlaşdırma olan "token"-ə dəyişir. Bir halda ki, "tokenlər"istifadəçinin ödəmə hesabının 16 rəqəmli hesab nömrəsi kimi rekvizitlərini özündə daşımır, bu elektron kommersiya və mobil ödəməni xeyli asanlaşdırır. Yeni xidməti yoxlamaq üçün Visa sahibləri NFC dəstəkləyicisi olan Android əməliyyat sistemli (4.4 və daha yüksək versiyalı) mobil cihaz və qurğulardan istifadə etməlidirlər.

“Visa Token Service” istehlakçılara Visanın mobil qurğular vasitəsilə online alış-veriş etmək imkanını ödəmə tranzaksiyası bütövlüyünü qoruyaraq verir.

“Visa Token Service”-in əsas üstünlükləri:

 • İstehlakçının müdafiəsi: "Token"lər ödəmə kartının 16 rəqəmli nömrəsini  unikal rəqəmli identifikatora əvəzləyir. O kart sahibinin şəxsi məxfi kart hesabı məlumatlarına müdaxilə etmədən ödəmənin həyata keçirilməsini təmin edir.

• Xüsusi istifadə:

"Token"lər müəyyən olunmuş ticarət-servis müəssisələri, mobil qurğular və ya alış-veriş növləri üçün təyin edilə bilər. Bu innovativ ödəmə həllərinin təhlükəsizliyinin yeni dərəcəsidir.

• Rahatlığı və iqtisadi effektivliyi:

Oğurlanmış və ya itirilmiş mobil qurğuya qoşulmuş "token", hesab nömrəsi dəyişdirilmədən və ya kart dondurulmadan həmən təkrar buraxıla bilər.

 • İşləmə bəsitliyi (asanlığı):

 "Token"lər mövcud İSO standartlarına uyğun yaradılıb, buna görə də standart kartlar kimi ticarətçilər, ekvayr-banklar və emitent-banklar tərəfindən yönləndirilə və ya işə salına bilərlər

` `