Google şirkəti Chrome brauzerinin çalışma performansının yaxşılaşdırılması üçün mütəmadi olaraq yeniliklər üzərində çalışır. Chrome brauzerinin növbəti yenilənməsində şirkət səhifələrin 10% daha sürətli yüklənməsini və müxtəlif platformalarda qovluqlar üzrə naviqasiyanın yaxşılaşdırılmasını söz verib. Bununla yanaşı brauzerdə bir sıra yeni funksiyalar da reallaşdırılacaq. Məsələn QR kod vasitəsilə səhifələrdən birgə istifadə və birbaşa brauzer daxilində PDF faylların redaktə olunması. Bu barədə Techcrunch saytı xəbər verib. Chrome-da reallaşdırılacaq yeni funksiyalardan biri də əsasən çoxlu sayda qovluqlardan istifadə edən istifadəçilər üçün nəzərdə tutulub. Belə ki, yeni Chrome versiyasında istifadəçilər həmin qovluqları qruplaşdıra və yaradılmış qovluqlar qrupuna individual adlar verə biləcəklər. Qeyd etmək lazımdır ki, bu funksiya artıq beta test mərhələsindən çıxıb və hamı üçün aktivdir.
Sensorlu ekrana sahib cihazlar üçün şirkət brauzerdəki qovluqlar interfeysində dəyişiklik edib. Belə ki, bu cür cihazlar üçün qovluqların ölçüləri bir qədər böyüdülüb. Bu cür yenilik qovluqlara baxışı sadələşdirir və onları sürətli şəkildə gizlətməyə imkan verir.
Bununla yanaşı Chrome-da PDF faylları saxlamaq və redaktə etmək mümkün olacaq. İstifadəçi həmin faylları yenidən işə salan zaman isə redaktəni son qaldığı yerdən davam etdirə biləcək. Android cihazların istifadəçiləri yaxın zamanda URL ünvanların sadələşdirilmiş mübadiləsi funksiyasını əldə edəcəklər. Bunun sayəsində onlar linkləri sürətli şəkildə paylaşa biləcəklər. Bununla yanaşı səhifəni çap etmək və ya yüklənmə və skan üçün QR kod yaratmaq imkanı reallaşdırılacaq.
Bu cür özəllik həmçinin brauzerin desktop versiyasında da olacaq. Brauzerin desktop versiyasında bu funksiya URL ünvan hissəsindəki QR kod düyməsi vasitəsilə işə düşəcək. Tərtibatçılar bildiriblər ki, onlar brauzerin nüvəsinin təkmilləşdiriməsi üzərində də çalışırlar. Bunun sayəsində brauzerdəki səhifələr 10% daha sürətli yüklənəcəklər. Anons edilmiş funksiyalardan bəziləri artıq bugün Chrome 85 versiyasında təqdim olunacaqlar.
Müəllif: Emil Noisy (Technote)