Məqsədimiz əməkdaşlarınıza təkcə iş üçün lazım olan texniki bilik və bacarıqları vermək deyil, həmçinin onları seçdiyi sahə üzrə peşəkar mütəxəssis olaraq hazırlamaqdır. Mərkəzimizdə İKT və idarəetmə sahələri üzrə kadr hazırlığının genişləndirilməsi məqsədilə beynəlxalq sertifikatlı və real təcrübəyə malik peşəkar mütəxəssislər tərəfindən peşəkar İT təlimlər təşkilini həyata keçirilir. Onların praktiki və nəzəri bilikləri sayəsində əməkdaşlarınız sıfırdan peşəkar səviyyəsinə qədər öz bilik və bacarıqlarını artıra bilərlər.
Mərkəzimizin digər təlim mərkəzlərindən əsas fərqi təlimi bitirən şəxslərə imtahan nəticəsindən asılı olaraq "Nüfuzlu Dövlət Sertifikatı" olan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təqdim etməsidir.
Bundan başqa Mərkəzin Cisco Şəbəkə Akademiyası, CompTIA Rəsmi Akademiyası və Oracle akademiya statuslu olması imkan verir ki, bu şirkətlərin və vendorların təlimləri beynəlxalq sertifikasiya proqramı əsasında keçirilsin. Həmçinin tələbələr akademik statusların köməkliyi ilə imtahana daxil olmaq üçün güzəştli vauçerlər əldə etmək imkanı qazanırlar.
Mərkəzdə keçirilən təlimlərin metodikası və proqramı beynəlxalq təlim proqramlarına əsaslanır. Təlimlərdə istifadə olunan tədris materialları" ödənişsiz olaraq bütün tələbələrə təqdim olunur. Tələblər laboratoriyalarda real avadanlıqlar praktiki işləmək imkanı əldə edirlər.