İoT üzrə ilkin bilikləri olan gəncləri təcrübə proqramına cəlb etmək
Bu gənclərin seminarlar vasitəsilə peşəkar biliklərini inkişaf etdirmək
Təcrübə proqramı çərçivəsində peşəkar expert və gənc praktikantların iştirakı ilə sınaq layihələrinin icrasını yerinə yetirmək
Bu layihələrin icrasında tələbələrin təcrübəsini inkişaf etdirmək və İoT Lab-ın təqdimat üçün portfoliosunu inkişaf etdirmək
Təcrübə proqramı çərçivəsində peşəkar mentor və expert Faiq Bağırovun dəstəyi ilə “Əşyaların interneti” sahəsi üzrə real layihə senarilərinin reallaşdırılması həyata keçirilmişdir.
Təcrübə proqramına 350 nəfərdən çox gənc müraciət etmiş və qeydiyyatdan keçmişdir. Bu gənclər müəyyən edilən tələblər üzrə imtahan olunmuş və İmtahandan uğurla keçənlər 32 nəfər təcrübə proqramında iştirak hüququ əldə etmişdir. Təcrübə proqramında 5 universitetdən 18 tələbə iştirak etmişdir. Laboratoriyanın ekspertinin rəhbərliyi ilə tələbələr 10 layihə icra etmişlər. Layihələr sırasında ilkin prototipi hazır olan və proqram təminatı mövcud olan aşağıda adları qeyd edilən layihələr Bakutel sərgisində təqdim edilmişdir.
“Air quality monitor” - havanın keyfiyyətini göstərən qurğudur. Hava temperaturunu, rütubətini və karbon qazının miqdarını göstərir. Əsas istifadə yerləri məktəblər, universitetlər digər təhsil müəssisələri, insanların çox olduğu və toplanma məkanlarıdır. Cihazı Ağıllı ev sistemlərində istifadəsi və yaxud evlərdə ayrıca havanın təmizliyini göstərən qurğu kimi istifadəsi mümkündür. Mobil tətbiq vasitəsilə istənilən yerdən cihazın yerləşdiyi məkanın hava tərkibi haqqında məlumat almaq olar. Layihə Şirin Şükürov ( UFAZ, komputer elmləri, CS-017) tərəfindən icra edilmişdir. Layihənin sənaye prototipinin hazırlanması, texniki parametr və qiymətinin müəyyənləşdirilməsi istiqamətində işlər aparılır. Layihənin növbəti mərhələdə “Silkway” şirkətinə təqdim edilməsi istiqamətində işlər aparılır.
“Fleet Management System” - maşınların vəziyyət və geolokasiyasına nəzarət edən sistemidir. Maşının hərəkətdə olmağı, maşının texniki dinamik parametrləri, getdiyi məsafə, sürət və digər məlumatları internet üzərindən mərkəzə ötürən və məlumatları idarəedən sistemdir. Layihə üzərində Abbas Məcidov (AZTU), Orxan Zeynallı, Namiq Bayramov (AZTU-666-A2) və Əfqan Mustafayev (BMU-mühəndislik fakultəsi, İT fakültə) çalışırlar. Layihənin proqram təminatı mövcuddur. Layihə “Baku Taxi” MMC üçün sınaqdan keçirilir. Layihənin gələcəkdə bu şirkət üçün istifadəsi nəzərdə tutulub.
Bu layihənin məqsədi hündür binaların şüşələrini və kamera sistemlərini insan gücü olmadan, təhlükəsiz, az məsrəflə və innovativ şəkildə təmizlənməsidir. Üzərində kiçik su şlanqı olan dron binanın pəncərəsinə və ya kameraya yaxınlaşdırılır və turbinləri vasitəsi ilə ora yapışır. Sonra təmizlənməsi istənilən istiqamətdə pult vasitəsi ilə idarə olunur. Motor vasitəsi ilə su yüksək təzyiqlə yuxarı qaldırılır və drona taxılı olan fırçalar vasitəsi ilə təmizlik əməliyyatı yerinə yetirilir. enerji mənbəyi aşağıda yerləşir və kabel vasitəsi ilə drona bağlanır, beləcə ağırlıq azaldılmış olur və uçuş vaxtı məhdudiyyəti aradan qaldırılır. Bakutel sərgisi çərçivəsində ilkin prototip təqdim edilmişdir.
Bu sistem, kiçik və böyük əkin sahələrinin qrafikli və innovativ şəkildə suvarılması sistemidir. Layihə həyata keçirilən sahələrdə insan gücünə ehtiyac olmayacaq və sistemsiz şəkildə suvarılmanın qarşısı alınaraq, məhsula bununla yetirilə biləcək ziyan azaldılacaq. Layihədə müxtəlif sensorlar və mikrokontrollerlər istifadə olunur. Bunların hamisi sistemin uzun müddətli, problemsiz aktivliyini davam etdirmək üçün az enerji sərf edən qurğulardır. Layihə Elza Hüseynova (Bulent-Ecer universiteti) və Əfqan Mustafayev (BMU-mühəndislik fakultəsi, İT fakültə) tərəfindən icra edilmişdir. Layihənin satış məqsədləri üçün hazırlanması nəzərdə tutulmur. Prototip tədrisdə istifadə olunacaqdır.
Şəhərdə olan parklama ərazilərində boş parklama yerlərini mobil proqram təminatında əks etdirən sistemdir. Boş və ya dolu yerlər kamera və xüsusi sensor vasitəsi ilə təyin olunur. Parklanma yeri haqqında məlumat ümumi sistemə və ya fərdi smartfonlara ötürülə bilər. Layihə Əlikram Məsimzadə (BANM-17.1) və Mirnağı Ağazadə (ADNSU-ZU, 028) tərəfindən icra edilmişdir. Layihənin sənaye prototipinin hazırlanması, texniki parametr və qiymətinin müəyyənləşdirilməsi istiqamətində işlər aparılır. Layihənin növbəti mərhələdə AZAL şirkətinə təqdim edilməsi istiqamətində işlər aparılır.
Ağıllı turniket layihəsində üzdən tanıma və maşın nömrəsinin oxunması üçün iki fərqli neyron şəbəkəsi tətbiq olunmuşdur. Bu xüsusiyyətlər məhsulumuzu digər turniketlərdən fərqləndirir. Sistem maşınların nömrələrini təyin edib şlaqbaumu da idarə edə bilər. Layihə Muhamməd Səmədzadə tərəfindən icra edilmişdir. Layihənin satış məqsədləri üçün hazırlanması istiqamətin iş aparılır və prototipin hazırlanması nəzərdə tutulur.
Microsoft-un təqdim etdiyi kurikulum əsasında təlimlərdən və pulsuz məzmundan inkişafınız üçün faydalanın.
Dünyanın hər yerində tanınan beynəlxalq sənaye sertifikatları əldə etmək üçün biliyinizi sınayın.
Microsoft-un müştəriləri və tərəfdaşlarında pulsuz təcrübə qazanın və səriştəli ekspertlər ilə ünsiyyətdə olun.
Müştəri və tərəfdaşların ideya və ssenariləri üzrə Əşyaların İnterneti layihələrini reallaşdırın.
Süni intellektin və maşın öyrətməsinin tətbiqinə əsaslanan layihələrdə təcrübə toplayın.
Microsoft təqdim etdiyi kibertəhlükəsizlik həlləri və xidmətlərini sınaq mühitində öyrənin və yoxlayın.
Prototip hazırlanmasını bizə həvalə edin
Öz layihənizi Lab-da icra edin
Təcrübə proqramında iştirak edin
Nüfuzlu dövlət sertifikatı
Beynəlxalq sertifikatlaşma dəstəyi