Ms Excel

RƏQƏMSAL BACARIQLAR VƏ OFİS PROQRAMLARI

  • KURSUN MÜDDƏTİ
    1 ay (8 dərs)
  • KURSUN VAXTI
    15:00-17:00 – həftə içi 19:00-21:00 – həftə içi

Qiymət

Adi : 100 ⋔ (ümumi)
Korporativ : 160 ⋔ (ümumi)
Güzəştli* : 80 ⋔(ümumi)
* - Tələbələrə, rabitə işçiləri və övladlarına, dövlət qulluqçuları və övladlarına şamil olunan qiymət

Nə öyrənəcəksiz?

  • Mürəkkəb hesabatların ən qısa vaxtda hazırlanması
  • Hesablamaların və hesabatların avtomatlaşdırılması
  • Biznesin mövcud durumunu hesabatlarda görmə imkanı
  • Böyük verilənlər üzərində işləmək imkanı
  • Mürəkkəb funksiyaları yazmaqla hesablama işlərini daha da asanlaşdırmaq

İştirak tələbləri

Ofis proqramı üzrə biliklərə yiyələnmək istəyən yeni mütəxəssislər

Ofis işçiləri

Mühasiblər

Microsoft Office Specialist (MOS) sertifikatına hazırlaşan şəxslər

Təlim proqramı

  • Proqramın işə salınması, proqram pəncərəsi və onun əsas komponentləri. Lent istifadəçi interfeysi.
  • Sürətli müraciət alətlər paneli, düsturlar və vəziyyət paneli.
  • Kitab, vərəq, sətir, sütun, xana, diapazon anlayışları. Xanaların avtomatik doldurulması. Ədədi, həndəsi silsilənin yaradılması
  • .xlsx formatı. Sənədin yaddaşda saxlanması, bağlanması, açılması
  • Xananın ölçüsünün təyin edilməsi, formatlaşdırılması. R1C1 və A1 formatına keçmək. Vərəqin təmizlənməsi
  • Düsturların daxil edilməsi və redaktəsi. Sadə hesablamaların aparılması. Nisbi xana anlayışı. Xananın köçürülməsi
  • AutoSum əməliyyatları: seçilmiş xanaların cəmi, ədədi ortası, sayı, ən böyüyü və ən kiçiyinin hesablanması
  • .xlsx formatı. Sənədin yaddaşda saxlanması, bağlanması, açılması
  • Verilənlərin tipləri. Avtodoldurma əməliyyatları
  • Nisbi, qarışıq və mütləq xanalar. Xanaya mütləq adın verilməsi
  • Vərəqin adının, rənginin dəyişdirilməsi, gizlədilməsi və mühafizə olunması
  • Məntiqi funksiyalarla iş
  • Verilənlər siyahısı ilə iş. İş vərəqinə müxtəlif obyektlərin əlavə edilməsi. Diaqramlar və onlarla iş
  • Sənədə kolontitul daxil edilməsi, səhifələrin nömrələnməsi.Səhifənin parametrlərinin sazlanması: sahələr, istiqamət, vərəqin ölçüsü
  • Mətn funksiyaları ilə iş
  • Verilənlərin nizamlanması. Süzgəc əməliyyatı. Genişləndirilmiş süzgəc
  • Verilənlərin sütunlar üzrə paylanması
  • Faiz anlayışı. Faizin hesablanması
  • Cədvəl verilənlərinin histoqammalarının qurulması. Histoqramma vərəqi ilə iş
  • Kitaba qeydlərin daxil edilməsi. Kitabın görünüş rejimləri, miqyas. Kitabın çapa hazırlanması
  • Xanada səhvlər və onların növləri
  • Mətndə sözlərin sinonimlərinin tapılması və tərcümə edilməsi
  • Kitab haqqında məlumat. Kitabın mühafizə olunması
  • Məlumat kitabçası ilə iş

Təlim haqqında

Niyə İKT LAB-da " Ms Excel " təlimi ?

Bu təlimdə iştirak edən tələbələr iş dünyasının əksər subyektlərinin (HR, Mühasib, Marketoloq, Maliyyəçi, Mühəndis, Satış mütəxəssisi, Dövlət qulluqçuları və s.) istifadə etdiyi Excel proqramını peşəkar səviyyədə öyrənəcəklər.

Beynəlxalq və müasir tədris proqramı

Bu təlim beynəlxalq təlim proqramlarına əsaslanır. Təlimdə aşağıdakı beynəlxalq tədris proqramlarından istifadə olunur:

Microsoft Office Specialist (MOS)

Tədris metodikası və resurslar

Təlimçi rəhbərliyi ilə nəzəri və praktiki dərslər

Microsoft-un rəsmi tədris proqramı ilə MOS imtahanına hazırlıq

Videodərslər (e-training.az portalı vasitəsilə dərslərə çıxış)

Mövzular üzrə tapşırıqlar

Müasir infastruktur və rahat mühit

Dərslər ən yeni texnologiyalar ilə təchiz edilmiş sinif otaqlarında keçirilir

Çay və kofe fasiləsində, tələbələr və müəllimlərlə təcrübənizi paylaşacaqsınız

Dövlət Sertifikatı, Beynəlxalq sertifikat və Diplom

Dövlət sertifikat

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzi”-nin sertifikatını qazanacaqsınız

Beynəlxalq sertifikat

Ödənişli imtahan nəticəsində təqdim oluna biləcək sertifikatlar

Microsoft Office Specialist (MOS)

Təlimçilərimiz

Mübariz Qasımov

Elçin Tarverdiyev

(MOS)

Qeydiyyat forması

Ms Excel təlimi üzrə

Adınız:
Soyadınız:
Mobil nömrənizin prefiksi:
Mobil nömrəniz:
E-poçt:
© İKT LAB Tətbiq və Tədris Mərkəzi 2024
  • |