PROQRAMLAŞDIRMA
Veb proqramlaşdırma təlimini keçməklə tələbələr veb saytların idarəedilməsi, optimallaşdırılması və ən yeni veb texnologiyaların istifadəsi, PHP dili əsasında client-server əlaqələrinin necə yaradılmasını, həmçinin məlumat bazası (MySQL kimi) ilə necə işləməyi öyrənəcəklər.
Təlimin sonunda 1 aylıq ödənişsiz təcrübə keçməklə tələbələr qazandıqları bilik və bacarıqları real layihələr üzərində tətbiq edə biləcəklər.
Bu təlim proqramı beynəlxalq təlim proqramına əsaslanır.
Təlimçi rəhbərliyi ilə nəzəri və praktiki dərslər
Dərslər ən yeni texnologiyalar ilə təchiz edilmiş sinif otaqlarında keçirilir
Çay və kofe fasiləsində, tələbələr və müəllimlərlə təcrübənizi paylaşacaqsınız
Təlimçimiz Vahid Qasımov veb proqramlaşdırma sahəsində 20 illik təcrübəyə malik mütəxəssisdir. 2003-2017-ci ilədək Azərbaycan Universitetində baş müəllim kimi çalışmışdır, 2017-ci ildən isə Bakı Mühəndislik Universitetində baş müəllim olaraq fəaliyyət göstərir. O həmçinin veb xidmətlər göstərən "Sahil İT" MMC şirkətinin təsisçisidir.