KİBER TƏHLÜKƏSİZLİK
Təlimin məqsədi “ISO/IEC 27001 – İnformation Security Management Systems” - informasiya təhlükəsizliyinin idarəetmə sistemləri üzrə qəbul edilmiş beynəlxalq standartın tələblərini və tətbiq üsullarını yerli mütəxəssislərə öyrətməkdir. Təlimdə standartın bütün tələblərini öyrətmək ilə yanaşı təşkilatlarda bu standartı tətbiq etmək üçün vacib olan rəsmi auditor statusunun alınması üçün beynəlxalq imtahan keçiriləcəkdir. Təlim çərçivəsində yerli mütəxəssislər üçün adıçəkilən standartın tətbiqi və auditi üzrə IRCA (International Register of Certificated Auditors) təşkilatı tərəfindən qeydiyyata alınmış Mərkəz tərəfindən beynəlxalq imtahan keçiriləcəkdir. Bu imtahanı uğurla verən yerli mütəxəssislərə İSO 27001 standartının tətbiqi üzrə baş auditor sertifikatı veriləcəkdir.
Bu təlim proqramı beynəlxalq təlim proqramına əsaslanır.
Təlimçi rəhbərliyi ilə nəzəri və praktiki dərslər
Mövzular üzrə təqdimatlar – Türk dilində
Əlavə tədris materialları
Dərslər ən yeni texnologiyalar ilə təchiz edilmiş sinif otaqlarında keçirilir
Çay və kofe fasiləsində, tələbələr və müəllimlərlə təcrübənizi paylaşacaqsınız
“Esenek” Eğitim Mərkəzinin IRCA təşkilatı tərəfindən qeydiyyata alınmış rəsmi, beynəlxalq sertifikatı
(“Esenek” Eğitim Mərkəzinin rəhbəri)