İmtahan Sertifikasiya

Nüfuzlu dövlət sertifikatı, diplom və attestasiya imkanları

Dövlət sertifikatı

Təlimdə iştirak edən tələbələr təlimin sonunda Mərkəz daxili imtahan verərək, topladıqları nəticəyə əsasən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzi”nin sertifikatını əldə edirlər.
Sertifikatların kateqoriyası imtahan nəticəsinə əsasən, aşağıdakı formada dəyişir:

Təlimdə iştirak etmişdir (0-59%)

Təlimi uğurla bitirmişdir (60-79%)

Təlimi "Fərqlənmə" ilə bitirmişdir (80-100%)

Diplom

İKT LAB Tətbiq və Tədris Mərkəzinin tələbələri bir sıra peşə yönümlü və uzun müddətli təlim istiqamətlərində yenidənhazırlanma üzrə əlavə təhsil haqqında Diplom ilə təltif olunurlar. Qeyd edilən Diplom Nazirlər Kabinetinin 163 nömrəli qərarı ilə və əlavə təhsilin təşkili haqqında qaydalara əsasən, aşağıdakı təhsil proqramlarını uğurla bitirən tələbələrə təqdim olunur:

Proqramlaşdırma

Kibertəhlükəsizlik

Şəbəkə və Sistem İnzibatçılığı

Rəqəmsal marketinq

Data analitika


Hər bir təhsil proqramında diplomun əldə edilməsi üçün iştirakı məcbur olan təlimlər qeyd edilmişdir. Bu sənəd ali və orta ixtisas təhsili haqqında müstəqil sənəd deyildir.

İxtisas artırma sertifikatı və attestasiya

Mərkəz digər dövlət və özəl qurumların əməkdaşları üçün ixtisasartırma təhsili üzrə təlimlər təşkil edir. Qeyd olunan təlimlərin iştirakçılarına ixtisas artırma təhsilini təsdiq edən müvafiq sertifikat verilir.
Həmçinin dövlət və özəl qurumlarda çalışan əməkdaşların attestasiyası və daxili imtahanları Mərkəzimiz tərəfindən təşkil edilə bilər.

Beynəlxalq imtahan və sertifikasiya imkanları

Pearson VUE İmtahan Mərkəzi

Mərkəzdə yerləşən Pearson VUE imtahan mərkəzində Microsoft, CompTIA, Cisco, Oracle və digər nüfuzlu beynəlxalq şirkətlərin rəsmi sertifikatlarını imtahan verərək əldə etmək mümkündür.
Bundan başqa Mərkəzin Cisco Şəbəkə Akademiyası, CompTIA Rəsmi Akademiyası və Oracle akademiya statusu, bu şirkətlərin və vendorların təlimlərini beynəlxalq sertifikasiya proqramı əsasında keçirməyə imkan verir. Həmçinin tələbələr akademik statusların köməkliyi ilə beynəlxalq sertifikasiya imtahanlarına daxil olmaq üçün güzəştli vauçerlər əldə etmək imkanı qazanırlar.

© İKT LAB Tətbiq və Tədris Mərkəzi 2024
  • |