Layihələr

ÖLKƏDAXİLİ LAYİHƏLƏR

“QADINLAR ÜÇÜN İT SAHƏDƏ MULTİMEDİA ONLAYN KURS VƏ VEB PORTALIN İNKİŞAFI” LAYİHƏSİ

Beynəlxalq Telekommunikasiya İttifaqının maliyyə dəstəyi ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “İKT LAB” Tətbiq və Tədris Mərkəzi tərəfindən 2020-2021-ci illərdə keçiriləcək “Qadınlar üçün İT sahədə multimedia onlayn kurs və veb portalın inkişafı” adlı layihəyə start verilmişdir. Qeyd edilən layihə qadınların və qızların rəqəmsal hazırlığının inkişafına xüsusi töhvə verəcəkdir. Layihənin əsas məqsədi ölkəmizin hər bir nöqtəsində xanımların İKT sahəsi, xüsusilə proqramlaşdırma üzrə karyera qurmasına dəstək verməkdir. Onlayn kurslarda əldə edilən biliklər xanımların proqramlaşdırma üzrə fəaliyyət göstərməsinə imkan verəcəkdir. Layihənin icrası nəticəsində iktlab.edu.az portalı yaradılmışdır və burada ana dilimizdə interaktiv multimedia kurslar təqdim edilmişdir.
Daha ətraflı...

“RƏQƏMLİ QIZLAR – MİLLİ TƏLİM PROQRAMI” LAYİHƏSİ

“Rəqəmli Qızlar (“Digital Girls”) – Milli Təlim Proqramı” adlı sosial layihəyə, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin və YUNESKO təşkilatının təşəbbüsü və dəstəyi, İKT LAB Tətbiqi və Tədrisi Mərkəzinin təşkilatçılığı ilə keçirilib. Layihənin məqsədi qadınların rəqəmli bacarıqlarının inkişafı və ölkəmizdə qadınların şəxsi inkişafının dəstəklənməsidir. Layihə çərçivəsində 560 şagird və gənc qız əsas rəqəmli biliklər üzrə təlimlərdə iştirak edib və əldə etdikləri bilikləri real həyatda tətbiq etmək imkanı əldə ediblər. Layihənin əsas tərəfdaşı Regional İnkişaf İctimai Birliyi və digər tərəfdaşlar isə Aztelekom şirkəti , “WoWoman” qadınların inkişaf platforması və müxtəlif rayonların icra hakimiyyətləri olmuşdur. Layihə çərçivəsində təlimlər Bakı və Xırdalan şəhərinin məktəblərində və Ağdam, Şamaxı, Mingəçevir, Zaqatala, Qəbələ, Ağdaş, Şabran şəhərlərində təşkil edilib. Daha ətraflı...

ƏŞYALARIN İNTERNETİ LABORATORİYASI “İOT LAB” LAYİHƏSİ

Microsoft Laboratoriya (İoT Lab) innovasiya sahələri üzrə tətbiqi layihələrin və prototiplərin hazırlanması məqsədilə qurulan laboratoriyadır. Laboratoriya Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzi (İKT LAB) və Microsoft şirkətinin Azərbaycan nümayəndəliyi arasında 2018-ci ilin oktyabr ayında imzalanmış əməkdaşlıq memorandumuna əsasən yaradılmışdır. Microsoft şirkəti və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi ilə 2019-cu ilin may ayından laboratoriya qurulub istifadəyə verilib. Laboratoriya tədris və tətbiq arasında körpü yaradaraq, Əşyaların interneti və digər innovativ texnologiyalar əsasında prototiplərin yaradılmasına və layihə təkliflərinin icrasına gənc mütəxəssisləri və startapları cəlb edilməsini nəzərdə tutan geniş miqyaslı layihədir. Daha ətraflı...

“ROBOPARK” LAYİHƏSİ

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi ilə həyata keçirilən “Robopark” layihəsinin məqsədi məktəblilərin müasir elmi-texniki biliklərinin artırılması, intellektual elmi-texniki yaradıcılığının inkişafı, yüksək texnologiyalar sahəsinə marağın artırılması, eyni zamanda, robot texnikasının əsasları ilə bağlı məlumatlar əldə etmələrinə imkan yaratmaqdır.

“MƏKTƏBLİLƏR ÜÇÜN İKT” LAYİHƏSİ

2018-ci ildə Təhsil Nazirliyi və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşlığı sayəsində «Məktəblilər üçün İKT» layihəsinə start verilmişdir. Layihə çərçivəsində 10 məktəbdə məktəblilər üçün «Kod saatı» adlı seminarlar keçirilib. Layihənin məqsədi məktəblilərin informasiya texnologiyalarına marağın yaradılması olmuşdur.

“HAMI ÜÇÜN İKT” SOSİAL LAYİHƏSİ

İKT-nin Tətbiqi və Tədrisi Mərkəzi tərəfindən 2017,2018 və 2019-cu illər ərzində əhalinin rəqəmsal hazırlığının yüksəldilməsi məqsədilə ödənişsiz əsaslarla bir sıra layihələr və təlimlər keçirilib. “Hamı üçün İKT” sosial layihəsi Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin İKT-nin Tətbiqi və Tədrisi Mərkəzinin birgə təşkilatçılığı, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə keçirilib. Layihənin əsas məqsədi fiziki məhdudiyyəti olan şəxslər, şəhid ailələrinin üzvləri və aztəminatlı ailələr üçün İKT həlləri üzrə tam ödənişsiz təlimlərin təşkili olmuşdur. Təlim Bakı şəhərində İKT-nin Tətbiqi və Tədrisi Mərkəzində və həmçinin onlayn formada Gəncə, Lənkəran, İmişli, Şirvan, Mingəçevir, Şəki, Göyçay, Qəbələ, Bərdə, Şamaxı rayonlarının regional mərkəzlərində video-konfrans vasitəsilə keçirilib. Layihə çərçivəsində 560 nəfər təlimdə iştirak edərək sertifikat almışdır.

“İNFORMASİYA CƏMİYYƏTİNİN TƏMƏLİ - GƏNCLƏR ÜÇÜN ELEKTRON HÖKUMƏT” LAYİHƏSİ

2017-2018-ci illərdə Gənclərin Elektron Hökumət üzrə biliklərinin artırılması məqsədilə “İnformasiya Cəmiyyətinin Təməli – Gənclər və Elektron Hökumət” layihəsi çərçivəsində gənclərə, gənc sahibkalara təlimlər keçirilib. Layihə Tələbələrin İqtisadiyyat və Menecmentlik üzrə Assosiasiyasının, İKT-nin Tətbiqi və Tədrisi Mərkəzinin birgə təşkilatçılığı, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşkilati dəstəyi və Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə baş tutub. Layihə çərçivəsində 2 hissədən ibarət olmaqla, 1000 nəfər iştirakçıya 7 gün ərzində 10 müxtəlif mövzunu əhatə edən elektron hökumət həllərinin istifadəsinə həsr edilmiş silsilə təlimlər keçirilib. Təlim Bakı şəhərində İKT-nin Tətbiqi və Tədrisi Mərkəzində və həmçinin onlayn formada Gəncə, Lənkəran, Qazax, Mingəçevir, Şəki, Göyçay, Qəbələ, Bərdə, Şamaxı rayonlarının regional mərkəzlərində video-konfrans vasitəsilə keçirilib.

BEYNƏLXALQ LAYİHƏLƏR

AVROPA BİRLİYİNİN “TAİEX” PROQRAMI

İKT-nin Tətbiqi və Tədrisi Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə 15-16.10.2018 tarixlərində Avropa İttifaqının TAIEX yardım alətindən istifadə edilməklə “Dövlət qulluqçularının informasiya texnologiyaları üzrə bacarıqları və rəqəmli hazırlığı” mövzusunda seminar keçirilib. Seminarda əsas məqsəd dövlət qulluqçularının informasiya texnologiyaları üzrə hazırlıq səviyyələrinin artırılması və dövlət idarəçiliyində informasiya texnologiyalarının səmərəli istifadəsi sahəsində Avropa İttifaqının təcrübəsinin öyrənilməsi və ölkəmizdə tətbiqi olub.

Gənclərə dəstək

Start up və ya Lahiyəniz var ?

Təqdimatınızı hazırlayın və bizə təqdim edin

Layihəniz maraqlı və cəlbedici olarsa, mərkəzimiz tərəfindən layihənin müzakirəsi və dəstək üçün sizinlə əlaqə saxlanılacaqdır.

[email protected]

© İKT LAB Tətbiq və Tədris Mərkəzi 2024
  • |