Bugün Uğurlu karyera üçün 10 yol

Işdə oturub gələcək üçün planlar qurmaq asandır. Lakin müəyyən məqsədin olması və onun reallaşması üçün fəaliyyət isə tamam başqa şeydir. Bəlkə hərəkətə keçməyin vaxtıdır?

Bir sıra sadə addımlar mövcuddur ki, insanı təqibedici “bəs əgər” hissindən azad edə bilər – çətinliyindən asılı olmayaraq istənilən məqsədi kiçik mərhələlərə bölərək həll edilməsi daha asan olan bir vəziyyətə salmaq olar. Əgər siz öz cari karyeranızdan əmin deyilsinizsə, hiss edirsiniz ki bu sizin yol deyil və ya sadəcə olaraq, hazırki işiniz sizi qane etmirsə, onda göstərilən 10 addımın öhdəsindən gəlməyə çalışın.

 

1.İşə özünüzdən başlayın

Özünüzə və həyatınıza obyektiv olaraq baxın. Karyeranızda inkişaf etmək istədiyiniz yola doğru irəliləyə bilirsinizmi? İşləriniz öz yolunda gedirmi? Şəxsi həyatınız və karyeranızla bağlı məsələlərdə gün keçdikcə az da olsa inkişaf varmı? Görəsən sevdiyiniz işləmi məşğulsunuz?

 

2.Tərcümeyi-halınızı iş həyatınızda dəyərləndirin

Güclü olduğunuz tərəflər və dəyərləriniz nələrdir? İş bacarıqlarınız, ixtisasınız, əlaqələriniz, ətrafınız, imiciniz və uğurlarınızı nəzərdən keçirin.

 

3.Karyeranız və həyat tərzinizə dair bir plan hazırlayın

Həyatdan nələr gözləyirsiniz? Bu sahədə kifayət qədər özünüzə inanırsınız? Uzun müddətli planlarınız nələrdir? Həyatda nələrə dəyər veririsiniz? Qarşıdakı 5-10 il ərzində nələr etməyi düşünürsünüz? Karyera, maliyyə, sağlamlıq, mənəvi inkişaf, boş vaxtlarını dəyərləndirmə, əlaqələr, ailə, şəxsi və profisional həyatınızı nəzərdən keçirin. Nə istədiyiniz və nəyə dəyər verdiyiniz mövzusunda səmimi olsanız daha düzgün addımlar ata bilərsiniz.

 

4.Uğurlarınızı izləyin

Biliyinizi və bacarığınızı təkmilləşdirəcək yeni fürsətlər axtarın. Bütün uğurlarınızı, performansınızdakı yüksəlişi, iştirak etdiyiniz tədbir və konfransların qeydlərini yazaraq izləyin.

 

5.Hər şeyin yolunda getməsi üçün çalışın

Hissi və fiziki bütün sahələrdə tam rahatlanın.Keçmişdə baş verən xətalardan dərs götürərək bugünü yaşayın.Ehtiyacınız olmayan və ya sevmədiyiniz şeyləri həyatınızdan çıxarın.Həyatınızın bütün sahələrində mümkün olduğu qədər hər şeyi sadələşdirməyə çalışın.

 

6.Hörmət etdiyiniz və heyranı olduğunuz insanların həyatlarını özünüzə nümunə götürə bilərsiniz

Şəxsi həyatında və karyerasında müvəffəqiyyət qazanmış insanlardan öyrənə biləcək çox şeylər ola bilər.Əlaqə qura biləcəyiniz nümunə götürüləcək şəxs və ya yol göstərən birini tapın.

 

7.Yeni imkanlara və fürsətlərə açıq olun

Yeni ehtimallara hər zaman açıq olun.Yeni məlumat, qaynaq və təcrübələrdən hər zaman yararlanın.

 

8.İstehsalçı olun, hərəkətə keçin

Karyeranız və həyatınızla bağlı nə etmək istədiyiniz mövzsunda əminsinizsə, hərəkətə keçə bilərsiniz. Bütün imkanlarınızı nəzərdən keçirin, gəzin dolaşın, yeni insanlarla tanış olun, yeni mənbələr araşdırın.

 

9.Şüurlu şəkildə ətraf toplayın

Tanıdığınız şəxslərlə əlaqə qurun və eyni zamanda yeni insanlarla tanış olaraq mühitinizi böyütməyə çalışın. Maraq dairənizə və özünüzü inkişaf etdirmək istədiyiniz sahələrə diqqət edin və bu sahələrdə müəyyən uğur qazanmış insanlara çatmaq üçün yollar axtarın.

 

10.Özünüzə inanın

Fərasətli olun və içinizdən gələn səsə qulaq asın. Özünüzə inanın.Onda nə etməli olduğunuzu biləcəksiniz.

© İKT LAB Tətbiq və Tədris Mərkəzi 2024
  • |