17 Aprel İKT LAB-DA TƏLƏBƏLƏR ÜÇÜN MICROSOFT LAB BARƏDƏ İNFOSESİYA KEÇİRİLƏCƏKDİR.

Əziz gənclər!

Sizi 21 iyun saat 14:00-da İKT LAB Tətbiq və Tədris Mərkəzində yeni yaradılmış Microsoft Lab-ın təcrübə proqramı ilə bağlı infosesiyaya dəvət edirik.

Təcrübə proqramının məqsədi gəncləri real layihə icrasına cəlb etmək və əşyaların interneti üzrə yeni startaplar yaratmaqdır.

Təcrübə proqramına aşağıdakı kateqoriyalar üzrə şəxslər müraciət edə bilərlər:

  • Bakalavrlar
  • Kollec tələbələri
  • Magistrlar
  • Fərdi proqramçılar
  • Startaplar

 

Təcrübə proqramında iştirak üçün aşağıdakı sahələrin hər hansı biri üzrə baza bilikləri və Əşyaların interneti sahəsi üzrə layihə icra etmək istəyi olmalıdır:

1. C / C++, C#, Python proqram dillərinin istənilən birində baza səviyyə

2. Mikroelektronika və Arduino baza bilikləri

 

Yay təcrübə proqramından qeydiyyatdan keçmək üçün aşağıdakı linkə daxil olun:

http://bit.ly/2Icvwbx

© İKT LAB Tətbiq və Tədris Mərkəzi 2024
  • |