19 Noyabr “IoT LAB Internship 2019” Hesabat

“IoT LAB Internship” 2019-cu ildə Microsoft və İKT LAB Tətbiq və Tədris Mərkəzinin birgə əməkdaşlığı nəticəsində yaradılmış Əşyaların İnterneti laboratoriyasının ilk təcrübə proqramı olub.

Təcrübə proqramının əsas məqsədi gəncləri Əşyaların İnterneti sahəsinə cəlb etmək, onların bilik və bacarıqlarını artırmaq və gənclərin iştirakı ilə real layihələr hazırlamaq olub.

Təcrübə proqramı çərçivəsində hazırlanan layihələr Bakutel sərgisində uğurla təqdim edilib.

6 fevral 16:00-da “IoT LAB Internship” təcrübə proqramının hesabat tədbiri olacaqdır.

Tədbirdə təcrübə proqramı dövründə hazırlanan ən uğurlu layihələrin təqdimatları göstəriləcək və ekspertlər tərəfindən müzakirələr aparılacaqdır. Bundan başqa Əşyaların İnterneti laboratoriyasında 2020-ci ildə görüləcək işlərin planı müzakirə ediləcəkdir. Sonda layihə iştirakçılarına sertifikatlar təqdim olunacaqdır.

Əşyaların İnterneti sahəsinə marağı olan və təcrübə proqramı haqqında maraqlanan hər kəs tədbirdə iştirak edə bilər.

© İKT LAB Tətbiq və Tədris Mərkəzi 2024
  • |