25 Oktyabr 27-29 oktyabr tarixlərində EU4Digital Proqramı rəqəmsal bacarıqlara dair geniş miqyaslı tədbir təşkil edəcəkdir

27-29 oktyabr tarixlərində EU4Digital Proqramı rəqəmsal bacarıqlara dair geniş miqyaslı tədbir təşkil edəcəkdir

27-29 oktyabr tarixlərində EU4Digital Proqramı rəqəmsal bacarıqlara dair geniş miqyaslı tədbir təşkil edir. Rəqəmsal bacarıqlara dair forumun məqsədi altı Şərq Tərəfdaşlığı ölkəsinin nümayəndələrini bir araya gətirmək və rəqəmsal bacarıqlar, işçi qüvvəsinin ixtisasının artırılması və yenidən ixtisaslaşması və Rəqəmsal bacarıqlar və məşğulluq üzrə milli koalisiyaların idarə edilməsi sahələrində dəyərli beynəlxalq təcrübələri bölüşməkdir. Forumda həmçinin Azərbaycan nümayəndələrinin də iştirakı nəzərdə tutulmuşdur. Maraqlı tərəfləri forumda iştirak etməyə dəvət edirik.

Forumun ilk günü rəqəmsal bacarıqlara dair milli təşəbbüslərin həyata keçirilməsi və idarə edilməsi üzrə aydın məqsədlərin qoyulmasına, o cümlədən milli koalisiyaların işinin həyata keçirilməsinə və Milli koalisiyaların dəyəri və praktiki tərəfi ilə bağlı Şərq Tərəfdaşlığı ölkələri nümayəndələrini maraqlandıra biləcək sualları cavablandırmaq üçün sual-cavab sessiyasının təşkilinə həsr olunacaq. Forum iştirakçıları Rəqəmsal bacarıqlara dair strategiyanın hazırlanması və milli koalisiyaların birbaşa bir neçə Aİ-yə üzv dövlətin milli koalisiyası əlaqələndiriciləri (buraya Avstriyaİtaliya, İrlandiya və digərləri daxildir) tərəfindən əlaqələndirilməsi ilə bağlı qabaqcıl təcrübələrlə tanış olacaqlar.

Forumun ikinci günü işçi qüvvəsinin bacarıqlarına və COVID-19 pandemiyasının rəqəmsal bacarıqlar sahəsindəki tələblərə təsirinə həsr olunacaq. İştirakçılar işçi qüvvəsinin ixtisasının artırılması və yenidən ixtisaslaşması və EU4Digital proqramı tərəfindən hazırlanan Şərq Tərəfdaşlığı ölkələrində KOB-lar və mikromüəssisələr üzrə Rəqəmsal səlahiyyət bazasının praktiki cəhətləri ilə bağlı qabaqcıl təcrübələr haqqında dəyərli məlumatlar alacaqlar. Həmin gün ərzində COVID-19 pandemiyasını təsirinin azaldılmasına yönəlmiş təşəbbüsləri təqdim və müzakirə etmək üçün sözügedən ölkələr üçün seminar təşkil olunacaq.

Forumun son günü İrlandiyaya virtual səfər təşkil olunacaq. Burada İrlandiya milli koalisiyasının üzvləri rəqəmsal bacarıqlara dair təşəbbüslərini, eləcə də milli koalisiyaların praktiki cəhətləri və tarixçəsini təqdim edəcəklər.

Forumda iştirak etmək üçün buradan qeydiyyatdan keçə bilərsiniz.

© İKT LAB Tətbiq və Tədris Mərkəzi 2024
  • |