25 Avğust Azərbaycan nümayəndə heyəti rəqəmli bacarıqlar şəbəkəsinin iclasında iştirak etmişdir.

Azərbaycan nümayəndə heyəti rəqəmli bacarıqlar şəbəkəsinin iclasında iştirak etmişdir.

Avropa İttifaqının Şərq Tərəfdaşlığı ölkələrinin qeyri-rəsmi dialoqu çərçivəsində təşkil edilmiş “Rəqəmli Bacarıqlar Şəbəkəsi”nin növbəti iclası Latviyanın Riqa şəhərində təşkil edilmişdir. 11-12 iyun tarixlərində keçirilən iclasda Azərbaycan və digər şərqi avropa ölkələrinin rəqəmli iqtisadiyyatı, rəqəmli hazırlıq və elektron bacarıqlarının inkişafı mövzusu ətrafında müzakirələr aparılmışdır. Tədbirdə ölkəmizi təmsil edən nümayəndə heyəti iştirak etmişdir.

Elektron Hökumət Təlim-Tədris Mərkəzinin direktoru Rauf Cabarov ölkəmizdə rəqəmli hazırlığın vəziyyəti barədə məruzə ilə iclasda çıxış etmişdir. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin və Azərbaycan Milli Elmlər Akademiyasının nümayəndələrinin iştirak etdiyi iclasda “Rəqəmli bacarıqlar şəbəkəsi” çərçivəsində şərqi avropa ölkələrində həyata keçiriləcək pilot layihələr müzakirə edilmişdir.

Qeyd edək ki, “Rəqəmli Bacarıqlar Şəbəkəsi” Avropa İttifaqının Şərq Tərəfdaşlığı ölkələrinin qeyri-rəsmi dialoqu çərçivəsində “Rəqəmli bazarların uyğunlaşdırılması” adlı təşəbbüsü ilə təşkil edilmiş və altı mövzu üzrə olan şəbəkələrdən biridir.

 

© İKT LAB Tətbiq və Tədris Mərkəzi 2024
  • |