07 Dekabr Bakutel sərgisində İKT LAB-ın "Internet of things" stendi sərgi iştirakçılarına təqdim olundu.

Bakutel sərgisində İKT LAB-ın

3-6 dekabr tarixlərində keçirilən “Bakutel” Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi çərçivəsində İKT LAB-ın “İnternet of Things Projects” stendində Əşyaların İnterneti üzrə çox maraqlı müxtəlif layihələr sərgi iştirakçılarına təqdim olundu.

Burada İKT LAB Tətbiq və Tədris Mərkəzinin və “Microsoft” Azərbaycan şirkətinin “İoT Laboratoriya”sının ilk təcrübə proqramının layihələri təqdim edilib. Bu layihələr sırasında “Air quality monitor”, “Smart Home”, Ağıllı Suvarma Sistemi, “Cleaner Drone”, “Parking Observer”, Ağıllı Turniket, “Fleet Management System” və “İoT Maker” təlim proqramı kimi layihələr yer alib.

“İnternet of Things Projects” stendində yeni layihələrlə yanaşı, həm də artıq tətbiq edilən peşəkar İoT məhsullar təqdim edilib. “Smart Home” şirkəti “Ağıllı Bina və Ev” evlərin idarə edilməsini avtomatlaşdırılması üçün nəzərdə tutulmuş sistemini, “Spektra” şirkəti kənd təsərrüfatı üçün nəzərdə tutulmuş "Agro-Monitor" sistemini və “Beta Dynamics” şirkəti “Beta Cloud” - İoT cihazların idarəedilməsi üçün bulud platformasını, təqdim edib.

Stenddə şirkətlərlə yanaşı Milli Aviasiya Akademiyasının Elmi-Tədqiqat Nəqliyyat və Aviasiya Problemləri İnsitutu İşıqforların idarə olunması ilə bağlı layihəsi də təqdim olunub.

 

 

 

 

 

 

 

© İKT LAB Tətbiq və Tədris Mərkəzi 2024
  • |