28 Noyabr Bakutel sərgisinin “İnternet of Things Projects” stendinə hər birinizi dəvət edirik

Bakutel sərgisinin “İnternet of Things Projects” stendinə hər birinizi dəvət edirik

3-6 dekabr tarixlərində keçiriləcək “Bakutel” Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi çərçivəsində “İnternet of Things Projects” stendi fəaliyyət göstərəcəkdir. Stenddə Əşyaların İnterneti üzrə çox maraqlı müxtəlif layihələr nümayiş etdiriləcəkdir.

25-ci Yubiley Bakutel Sərgisi çərçivəsində Əşyaların İnterneti mövzusu xüsusi yer tutur. Təsadüfi deyil ki, 2-ci Xəzər İnnovasiya Konfransı “Əşyalar interneti: müasir cəmiyyətin təməli” mövzusuna həsr edilib.

Sərginin “İnternet of Things Projects” stendində həm yeni layihələr, həm də artıq tətbiq edilən peşəkar İoT məhsullar təqdim ediləcəkdir.

Stenddə yeni layihələrə xüsusi yer ayrılmışdır. Burada İKT LAB Tətbiq və Tədris Mərkəzinin və “Microsoft” Azərbaycan şirkətinin “İoT Laboratoriya”sının ilk təcrübə proqramının layihələri təqdim ediləcəkdir. Bu layihələr sırasında “Air quality monitor”, “Smart Home”, Ağıllı Suvarma Sistemi, “Cleaner Drone”, “Parking Observer”, Ağıllı Turniket, “Fleet Management System” və “İoT Maker” təlim proqramı kimi layihələr yer almışdır.

Eyni zamanda stenddə müxtəlif şirkətlərin hazır məhsulları ilə tanış ola bilərsiz. “Smart Home” şirkəti “Ağıllı Bina və Ev” evlərin idarə edilməsini avtomatlaşdırılması üçün nəzərdə tutulmuş sistemini, “Spektra” şirkəti kənd təsərrüfatı üçün nəzərdə tutulmuş "Agro-Monitor" sistemini və “Beta Dynamics” şirkəti “Beta Cloud” - İoT cihazların idarəedilməsi üçün bulud platformasını təqdim edəcəkdir.

Stenddə iki universitet maraqlı layihələr ilə çıxış edir. Milli Aviasiya Akademiyasının Elmi-Tədqiqat Nəqliyyat və Aviasiya Problemləri İnsitutu İşıqforların idarə olunması ilə bağlı layihə və Azərbaycan Dövlət Neft və Sənaye Universiteti “GardenX” adlı elektron və proqram təminatı həlləri ilə birləşdirilmiş ağıllı dibçək layihəsini təqdim edəcəkdir.

Hər birinizi Bakutel sərgisinə dəvət edirik.

© İKT LAB Tətbiq və Tədris Mərkəzi 2024
  • |