23 İyun “Bulud texnologiyaları” seminarı keçirilib.

“Bulud texnologiyaları” seminarı keçirilib.

İKT Tətbiqi və Tədrisi Mərkəzinin (İKT LAB) təşkilatçlığı ilə “Bulud texnologiyaları” mövzusunda onlayn seminar baş tutub.

Seminarın məqsədi bulud texnologiyaları üzrə karyera yolları və trendləri haqqında iştirakçıları məlumatlandırmaq olub.

İKT LAB-ın direktoru direktoru Rauf Cabarovun moderatorluğu ilə keçən seminarda Microsoft Azərbaycanın baş meneceri Qaçay Mirzəyev və “Veysəloğlu Şirkətlər Qrupu” İT infrastrukturunun İdarə edilməsi departamentinin rəhbəri Ceyhun Musayev çıxış ediblər. Onlar bu sahə üzrə öz karyera yolları, ölkəmizdə olan bulud xidmətləri barədə danışıblar.

Seminarda həmçinin Ceyhun Musayevin “Microsoft Azure - Təhlükəsizlik mexanizmləri” kitabının təqdimatı baş tutub.

Sonda seminar iştirakçılarını maraqlandıran müxtəlif suallar cavablandırılıb və tövsiyələr verilib. Ən yaxşı sual verən iştirakçıya isə “Microsoft Azure - Təhlükəsizlik mexanizmləri” kitabı hədiyyə edilib.

Məlumat üçün bildiririk ki, İKT LAB tərəfindən müxtəlif İT sahələr üzrə gənclərin inkişafı məqsədilə təlimlər davam etdirilir. Bu məqsədlə müxtəlif Peşəkar İnkişaf Proqramları hazırlanmışdır. Yaxın aylarda ”Bulud texnologiyaları” adlı Peşəkar İnkişaf Proqramının təqdimatı nəzərdə tutulmuşdur.

Qeyd edək ki, “Bulud texnologiyaları” adlı seminar Azərbaycan Respublikasında telefon rabitəsinin yaradılmasının 140 illiyi ilə bağlı keçirilən silsilə tədbirlər çərçivəsində baş tutmuşdur.

 

 

 

 

© İKT LAB Tətbiq və Tədris Mərkəzi 2024
  • |