10 İyun DÖVLƏT QURUMLARININ ƏMƏKDAŞLARI ÜÇÜN “MƏLUMAT ƏSASLI İDARƏÇİLİK” TƏLİMİNƏ START VERİLİB

DÖVLƏT QURUMLARININ ƏMƏKDAŞLARI ÜÇÜN “MƏLUMAT ƏSASLI İDARƏÇİLİK” TƏLİMİNƏ START VERİLİB

İKT LAB Tətbiq və Tədris Mərkəzi ən müasir texnoloji trendlərə əsasən, mütəmadi olaraq yeni təlimlər təşkil edir. Bu dəfə intellektual idarəetmə sisteminin qurulmasında məlumatların xüsusi əhəmiyyətini nəzərə alaraq, “Məlumat əsaslı idarəçilik” (“Data-Driven Governance”) təlimi təşkil edilib.

Təlimin məqsədi məlumatların əhəmiyyəti, toplanması və istifadəsi üzrə praktiki və nəzəri biliklər əldə etmək istəyən mütəxəssislərin bilik və bacarıqlarının artırılmasıdır.

Təlimdə bir sıra nazirlik və dövlət qurumlarının əməkdaşları iştirak edir. Təlimdə data sahəsi üzrə peşəkar mütəxəssislər müxtəlif mövzularda seminarlar keçir. Təlimin sonunda dövlət qurumlarının data əsaslı idarəçilik üzrə təcrubəsi iştirakçıların təqdimatlar əsasında müzakirə ediləcəkdir. Təlim 5 gün davam edəcəkdir.

Təlimlər İKT LAB Tətbiq və Tədris Mərkəzinin böyük mütəxəssisi, Məlumat əsaslı idarəçilik üzrə sertifikatlı təlimçi Ayaz Kərimov tərəfindən keçirilir. O, ötən ilin sonunda Koreyada təlimçilər üçün keçirilən Məlumat əsaslı idarəçilik təliminin iştirakçısı olub və BMT-nin APCİCT təşkilatı tərəfindən dövlət qulluqçuları üçün İT təlimlərin keçirilməsi üzrə beynəlxalq təlimçilik təcrübəsinə yiyələnib.

© İKT LAB Tətbiq və Tədris Mərkəzi 2024
  • |