28 Fevral "Əşyaların İnterneti" sahəsi üzrə qurğular ilə işləmək üçün təlimlərin təşkili məqsədilə yaradılan tədris otağının açılışı olmuşdur

28 fevral tarixində "Əşyaların İnterneti" sahəsi üzrə qurğular ilə işləmək üçün təlimlərin təşkili məqsədilə yaradılan tədris otağının açılışı olmuşdur.

Açılışda Mərkəzin direktoru Rauf Cabarov və Yaponiya Beynəlxalq Əməkdaşlıq Təşkilatının (JICA) nümayəndəsi iştirak etmişdir.

Tədris otağında quraşdırılan müasir tələblərə cavab verən avadanlıqların köməkliyi ilə "Əşyaların interneti" sahəsi üzrə müxtəlif layihələr həyata keçirmək mümkün olacaqdır.

Xatırladaq ki, İKT Tətbiqi və Tədrisi Mərkəzi Yaponiya Beynəlxalq Əməkdaşlıq Təşkilatının (JICA) kiçik qrant müsabiqəsində iştirakı etmiş və “Əşyaların İnterneti sahəsi üzrə qurğular ilə işləmək üçün təlimlərin təşkili məqsədilə təlim otağının yaradılması” mövzusunda qrant qalibi olmuşdur.

© İKT LAB Tətbiq və Tədris Mərkəzi 2024
  • |