19 İyun İqtisad Universitetində "Proqramlaşdırma və karyera imkanları" mövzusunda seminar keçirilib.

İqtisad Universitetində

Seminarda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “IKT LAB” Tətbiq və Tədris Mərkəzinin tədris və inkişaf sektorunun müdiri Ayaz Kərimov və mərkəzin təlimçisi Cavid Əliyev tələbələrə proqramlaşdırma ixtisasının üstünlükləri və karyera imkanlarını, eləcə də peşəkar proqramçı olmağın əsas meyarları barədə məlumat veriblər. Proqramlaşdırmanı daha yaxşı mənimsəmək üçün nəzəriyyə ilə yanaşı, proqramlaşdırma məntiqini inkişaf etdirməyin və alqoritm tərtib etmək bacarığının təkmilləşdirilməsinin vacibliyini diqqətə çatdırıblar.

"İKT LAB" nümayəndələri ilə Rəqəmsal iqtisadiyyat fakültəsinin dekanı dosent Elman Cəfərovla arasında tədris planlarında seçmə fənlərin müəyyənləşdirilməsi və vacib fənlərin tədrisi ilə bağlı müzakirələr də aparılıb.
















© İKT LAB Tətbiq və Tədris Mərkəzi 2024
  • |