08 Oktyabr “İKT LAB” ordumuzun zəfərlərini tərənnüm etmək məqsədilə keçiriləcək təlimlərə dəstək verir

“İKT LAB” ordumuzun zəfərlərini tərənnüm etmək məqsədilə keçiriləcək təlimlərə dəstək verir

Azərbaycan Ordusunun işğalçı və təcavüzkar Ermənistan silahlı qüvvələrinin təxribatlarına qarşı apardığı əks-hücum əməliyyatları və cəbhənin müxtəlif istiqamətlərində əldə edilən uğurlar bizi hər gün qələbəyə daha da yaxınlaşdırır.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “İKT LAB” Tətbiq və Tədris Mərkəzinin dəstəyi və AREA Akademiyasının təşkilatçılığı ilə Şanlı Ordumuzun zəfərlərini tərənnüm etmək məqsədilə məktəbli və tələbələr üçün “AREA Mən Pilotam”, “AREA Helikopter Mühəndisliyi”, “AREA Robotexnika” təlimləri keçiriləcək.

18 Oktyabr tarixinə qədər qeydiyyatdan keçən hər kəs təlimlərdə tam ödənişsiz iştirak edə bilər.

İlk ay nəzəri biliklərin öyrənilməsi onlayn rejimdə keçiriləcək. Sonrakı aylarda mərkəzdə praktiki dərslər təşkil olunacaq.

Proqramlar:

“Mən Pilotam” – https://www.robot.org.az/i-am-pilot-drone

“Helikopter Mühəndisliyi” – https://www.robot.org.az/helicopter

“Robotexnika” – https://www.robot.org.az/robotexnika-1

18 Oktyabra qədər ödənişsiz qeydiyyatdan keçmək üçün aşağıdakı linkə daxil olub qeydiyyatdan keçmək lazımdır.

https://forms.gle/ZbLDrU3nUpX4W9Uv6

Ətraflı: +99470 256 64 66

© İKT LAB Tətbiq və Tədris Mərkəzi 2024
  • |