01 İyul İKT Tətbiqi və Tədrisi Mərkəzinin fəaliyyəti barədə tədbir keçirilib.

İKT Tətbiqi və Tədrisi Mərkəzinin fəaliyyəti barədə tədbir keçirilib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeli qurumları üçün İKT Tətbiqi və Tədrisi Mərkəzinin fəaliyyəti barədə hesabat və gələcək perspektivlər mövzusunda tədbir keçirilib.

Tədbirdə İKT Tətbiqi və Tədrisi Mərkəzinin direktoru Rauf Cabarov Mərkəz haqqında, beş il ərzində görülən işlər və gələcək planlar barədə təqdimat ilə çıxış edib.

O, həmçinin Nazirliyinin tabeli qurumlarının nümayəndələrinə kadr hazırlığın genişləndirilməsi məqsədilə Mərkəzin təşkil etdiyi korporativ təlimlər və gənc mütəxəssislərin hazırlanması üçün yaradılmış “Peşəkar İnkişaf Proqram”ları barədə də məlumat verib.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb və müzakirələr aparılıb.

 

 

 

 

 

 

 

© İKT LAB Tətbiq və Tədris Mərkəzi 2024
  • |